reklam

MALİYYƏ DÜNYASININ “META KAİNAT” İMTAHANI

MALİYYƏ DÜNYASININ “META KAİNAT” İMTAHANI Bir-biri ilə danışan şeylərin internetindən sonra Kovid-19 epidemiyası ilə video ünsiyyət birdən-birə gündəlik həyata və iş dünyasına daxil oldu. Yaxın vaxtlara qədər futuristik məqalələrin mövzusu olan uzaqdan iş indi gündəlik həyatın bir parçasıdır. Sonra nə var? Metaverse üfüqdə görünür.   Metaverse yeni dünya vəd edir. Tamagoççi yumurtası ilə başlayan, “second life” ilə davam edən və FarmVille inəkləri, pomidorları və qarğıdalıları ilə hər kəsin həyatına girən virtual təcrübə; təhsildən idmana, bankçılıqdan siyasətə, geniş bir dünyaya köçəcəyik.   1999-cu ilin kult filmi The Matrix və onun ilham mənbəyi olan “Neuromancer” romanı dərhal ağlıma gələcək. Amma onu da qeyd edək ki, bütün bunların arxasında duran ideya fransız filosofu Jan Bodriyardır. Məhz bu filosof yaradılmış reallıqla qurulan simulyasiya dünyasını, reallığın surətlərlə əvəz olunduğu bir kainatın müjdəsini verəndir.   Metaverse maliyyə dünyasını necə formalaşdıra bilər   Otuz il əvvəl kağız, qələm və hesablama maşınlarından istifadə edən maliyyəçilər bir göz qırpımında internet bankçılıq və mobil bankçılıq proqramlarına, süni intellektə keçdilər. Bundan sonra əvvəlcə artırılmış reallıq və virtual reallığa qapı açan eynəklər, daha sonra addım-addım sürətlənən avatarlar və holoqramlar dünyası.   Rəqəmsallaşmış maliyyə dünyasına avatarlar və xəyallarla girə biləcəyik. Bu, başgicəlləndirici uçurum kimi sürətli və gözlənilməz bir dünyadır. Çimərlikdə günəş vannası qəbul edərkən virtual bank filialında on dəqiqə dayanıb sərmayələrinizi müştəri nümayəndəsi ilə yönləndirmək mümkün olacaq. Əlbəttə ki, avatarınızı ələ keçirən birinin siz çimərlikdə olduğunuz zaman agentinizlə uğursuz görüş keçirməsi riski də var.   Artıq muzeylərə virtual turlar başlayıb, bəlkə də tezliklə futbol matçlarını holoqram kimi izləmək mümkün olacaq. Siz hətta rəqəmsal pul kisənizdən böyük məbləğdə pul verib və Messi bacarıqları ilə təchiz olunmuş holoqramınız və mavi tünd qırmızı çubuklu köynəyinizlə Camp Nou-da ilk 11-likdə ola bilərsiniz. Baxmayaraq ki, Messi indi PSJ oyunçusu olsa da...   Dünyanın necə görünəcəyini təxmin etmək çətindir!   Təsəvvür edin ki, siz evinizdə və ya bağçanızda divanınızda oturarkən real mühitdə bank nümayəndəinizlə görüşüb əməliyyatlarınızı həyata keçirə, istədiyiniz zaman maliyyə məsləhət xidməti ala biləcəksiniz. Rəqəmsal bank işçiləri sizə icazə verdiyiniz hər saat maliyyə strukturunuzu necə daha sağlam saxlaya biləcəyiniz barədə təkliflər verəcəklər. “Nümayəndəmə zəng vurdum, ona çata bilmədim” kimi vəziyyət heç vaxt olmayacaq. Və dünyanın harasında olursunuzsa olun, eyni nümayəndə ilə işləmək imkanınız olacaq. Və bu nümayəndə; Adını, dilini və tövsiyə səviyyəsini sizin tərəfinizdən müəyyən ediləcək bir rəqəmsal işçi olacaq.   Rəqəmsal bankçılıqda olduğu kimi, meta kainatda da banklar üçün fiziki yerləşdirmə investisiyalarının getdikcə azaldığını və filialların üstünlük təşkil etməsindən asılı olmayaraq alınacaq xidmətlə artan rəqabətin müştəri xərclərinə müsbət təsir edəcəyini proqnozlaşdıra bilərik. Bu, kiçik müəssisələrin meta kainatdakı böyüklərlə daha nəzərə çarpan bir rəqabətə sahib olmasına imkan verəcəkdir. Proses çevik olanın daha çox müştəri saxladığı bir mühitə doğru inkişaf edəcək.   Və gələcəkdə banklar müştərilərinə bonuslar, xallar, xmoney və s. ilə bərabər həmçinin Luvr Muzeyinə pulsuz virtual meta-səfər və ya Çempionlar Liqasının final oyununu izləmək imkanı təklif edəcək və ya müştərilər öz xallarını meta-səfərlər üçün geri ala biləcəklər. Artıq stadionların yüz minlərlə ilə məhdudlaşmasına ehtiyac qalmayacaq və bir milyard insan eyni stadiondan matç izləyə biləcək və bu bir milyard insan eyni oturacaqda ən yaxşı baxış bucağı ilə əyləşə biləcək.   Hər şey çox sürətlə inkişaf edir və dəyişir. Dəyişikliklərlə ayaqlaşa bilmək üçün gələcəyə baxmaq, daha da önəmlisi görmək lazımdır...   Mənbə: tomorrow.com.tr Hazırladı: Edumap.az Təhsil Portalı OXŞAR MƏQALƏ https://edumap.az/metaverse-kainatdan-kenara-seyahet-baslayir/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az