Şənbə, 9 Avqust, 2025

“Atalar Məktəbi - Məsuliyyətli Atalığın Transformasiyası” layihəsi


  • Dərc edildi: 1 Dekabr, 2021 - 17:49
“Atalar Məktəbi - Məsuliyyətli Atalığın Transformasiyası” layihəsi

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində Gender Hub Azerbaijan tərəfindən “Atalar Məktəbi - Məsuliyyətli Atalığın Transformasiyası” layihəsi həyata keçiriləcək.
Layihənin gedişatında 3 regionda (Bakı, Gəncə, Qazax) baş tutacaq seminarların əsas məqsədi ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan oturuşmuş davranış normalarını və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdir.
Layihədə kimlər iştirak edə bilər:
• 21- 36 yaş arası, ata olmağa hazırlaşan şəxslər və gənc atalar;
• Məsuliyyətli atalıq konsepsiyasını öyrənməyə motivasiyalı şəxslər;
• Bakı, Gəncə və Qazax rayonlarında yaşayan gənc atalar.
Əgər sən də məsuliyyətli atalıq konsepsiyasını daha dərindən öyrənərək övladınla birgə daha keyfiyyətli vaxt keçirmək istəyirsənsə, bu layihə sənin üçündür.
Qeydiyyat üçün link: https://forms.gle/3jff4JPt7hUwDt5Z6
Qeydiyyat üçün əlaqə nömrəsi: 050 658 09 00
İŞTİRAK ÖDƏNİŞSİZDİR.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6123
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1230
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 468
“İnnovativ məktəb” l...