Cümə, 9 May, 2025

Atalar və övladları üçün nəzərdə tutulmuş ZİN təlimi (workshop)


  • Admin:
  • | Dərc edildi: 8 İyun, 2021 - 07:58
Atalar və övladları üçün nəzərdə tutulmuş ZİN təlimi (workshop)

Gender Hub Azerbaijan atalar və övladları üçün nəzərdə tutulmuş ZİN təlimi (workshop) ilə qarşınızdadır!
Sizlərə “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində baş tutacaq ZİN təlimi (workshop) haqqında ətraflı məlumat vermək istərdik.
Təlim əsas məqsədi ataların ailədə iştirakçılığını artırmaq, atalar və övladları ilə birlikdə işləyərək zin kitabçaları yaratmaqdır. Yaradıcı təlim sessiyası zamanı atalar və uşaqlar zin hazırlama texnikalarını öyrənəcək və birlikdə praktik olaraq kiçik kitabçalar hazırlayacaqlar.
Təlimçi: Aylin Ələkbərli – Azərbaycan Fransa Universitetinin tələbəsi və Fransız-Alman “Gender Bərabərliyi Mükafatı”nın finalçısı.
Tarix: 14 İyun
Saat: 18:00
Qeydiyyat üçün link: https://cutt.ly/bnmi4h5
Nəzərinizə çatdıraq ki, təlimlərdə iştirak hər kəsə açıqdır və bütün materiallar Gender Hub Azerbaijan tərəfindən təmin olunacaqdır.
Təlimin həyata keçirilməsində göstərdikləri təşəbbüsə görə aktivistlər Roman Qocayev (Roman Gojayev) və Aylin Ələkbərliyə (Aylin Alakbarli) təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik.
Qeyd edək ki, “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən birlikdə həyata keçirilir.
UNFPA
UNFPA Azerbaijan
UNFPA Eastern Europe & Central Asia
Delegation of the European Union to Azerbaijan
UN Women

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 297
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 713
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 365
Xaricdə təhsil almaq...