Bazar ertəsi, 2 İyun, 2025

#QızımDəyərlidir kampaniyası


  • Dərc edildi: 8 İyun, 2021 - 08:01
#QızımDəyərlidir kampaniyası

Əziz dostlar, Gender Hub Azerbaijan platforması yeni kampaniyaya start verir!
Sizlərə “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində başlatdığımız və növbəti bir ay ərzində davam edəcək #QızımDəyərlidir kampaniyasından bəhs etmək istərdik.
Kampaniya çərçivəsində ataların qızları ilə birlikdə keçirdikləri vaxtlardan görüntüləri sizlərə təqdim edəcəyik.
Cəmiyyətimizdə mövcud olan bir çox gender əsaslı stereotiplər ataları qızları ilə səmimi münasibətdən çəkindirir. Xüsusilə də, “Qız yükü duz yükü”, “Qızını döyməyən dizini döyər” “7 oğul istərəm bircə dənə qız gəlin” və bir neçə bunlar kimi çox istifadə olunan qəliblər buna səbəb olur.
Onu da qeyd etmək lazımdır ki, qızların sağlam bir fərd kimi inkişafında ataları ilə birlikdə keçdirikləri vaxt, onlarla aralarında olan səmimi münasibət böyük rola malikdir. Ataların bu istiqamətdə rolunu yüksək dəyərləndirərək həyata keçirdiyimiz #QızımDəyərlidir kampaniyasına sizləri də qoşulmağa dəvət edirik.
#QızımDəyərlidir kampaniyasına qoşulmaq üçün qızınızla birlikdə vaxt keçirdiyiniz anlardan şəkillər çəkərək #QızımDəyərlidir heşteqi ilə sosial media hesablarınızda paylaşa və Facebook üçün hazırladığımız xüsusi çərçivədən istifadə edə bilərsiniz.
Çərçivə üçün link: https://cutt.ly/BnnsmUp
Kampaniyanın həyata keçirilməsində bizimlə birlikdə çalışan aktivist Kənan Əhmədova təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik!
Qeyd edək ki, “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən birlikdə həyata keçirilir.
UNFPA
UNFPA Azerbaijan
UNFPA Eastern Europe & Central Asia
UN Women
Delegation of the European Union to Azerbaijan

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 131
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 183
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...