“AGRARCO” MMCşirkətiAudit üzrə kiçik mütəxəssisvəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir:
İşin təsviri:
·Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;
·Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək;
·Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək;
·Daxili nəzarət tərtibinin uyğunluğu barədə rəy bildirmək;
·Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq;
·Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
·Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək.
Təcrübə:
·Müvafiq vəzifədə (kənd təsərrüfatı sahəsində üstünlükdür) 1-2 il iş təcrübəsi (daxili auditor, xarici auditor kimi və s.);
Təhsil və Peşəkar kvalifikasiya:
·Universitet (ali təhsil) dərəcəsi (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli sahələr);
·Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində minimal biliklərin olması – CIA, ACCA (xüsusilə, “MA” və “FA”) sertifikatları olan namizədlərə üstünlük verilir;
Bacarıqlar
·Audit prosedurlarını başa düşmək və tətbiq etmək bacarığı;
·Şirkət daxilində biznes prosesləri (satınalma, maliyyə, ticarət, istehsal və s. kimi) dərindən başa düşmək;
·Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
·Məntiqi düşüncə, riyazi və analitik düşüncə tərzi;
·Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı;
·Təzyiq altında işləmək və hədəf qoyulmuş tarixlərə qədər işi yerinə yetirmək bacarıqları;
·Kompüter bilikləri: 1C, Microsoft Office: xüsusən “Word”, “Excel” və “PowerPoint” proqramları;
·Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və Rus dili – arzu olunan;
·Səyahət etmək üçün məhdudiyyətlərin olmaması.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ləri[email protected]e-mail ünvanına göndərə bilərlər;
Elektron məktubun “Mövzu” hissəsində “Audit üzrə kiçik mütəxəssis” vəzifəsi qeyd edilməlidir;
CV-lər ən gec30 noyabr 2021-ci iltarixinədək göndərilməlidir.
Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırmasına əsasən uğur qazanan namizədlərlə e-mail və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar imtahana və görüşə dəvət ediləcəklər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur