Biznesin inkişafı üzrə mütəxəssis vakansiyası

DB Advisor” şirkəti Biznesin inkişafı üzrə mütəxəssis vakansiyası elan edir. Əsas vəzifə öhdəlikləri:  
  • Şirkətin fəaliyyət göstərdiyi makro və mikro mühitin daimi təhlil edilib, hesabatların hazırlanması;
  • Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;
  • Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
  • Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
  • Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi;
  • Müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
  • Yeni biznes imkanlarının dəyərləndirilməsi və qərar prosesində rəhbərliyə dəstək vermək;
  • Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
  • Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
  • Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;
  • Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;
  • Mənfəət və zərər proqnozu, bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
  • Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyətlərin qurulması.
  Əsas tələblər:
  • Ali təhsil (iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə);
  • Biznesin inkişafı və ya marketinq üzrə 1 il iş təcrübəsi;
  • MC Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan və rus dilində səlis danışıq və yazı qabiliyyəti, ingilis dili üzrə biliklər üstünlükdür;
  • Müşahidə və analiz qabiliyyətinin olması;
  • Problemləri həll etmə bacarığı;
  • Strateji düşünmə və analitik təhlil bacarığı;
  • Stresə davamlılıq;
  • İnformasiyanın təhlili və analiz etmək bacarığı
  • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma, təqdimetmə və komandada işləmək bacarığı;
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
  • İş qrafiki: bazar ertəsi-cümə günləri 09:00-dan 18:00-dək.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər öz müraciət formalarını (mövzu hissəsinə müvafiq vakansiyanın adını yazmaqla) əmək haqqı tələblərini qeyd edərək [email protected] mail ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az