Azərbaycan Beynəlxalq Bankı Birbaşa satışlar üzrə mütəxəssis/aparıcı mütəxəssis vakansiyası elan edir

Azərbaycan Beynəlxalq Bankı Birbaşa satışlar üzrə mütəxəssis/aparıcı mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
  • Sahə üzrə bazar analizi etmək;
  • Nağd kreditlər, Əmək haqqı və Taksit kartlarının birbaşa satışı;
  • Qoyulan satış hədəflərinin icrası;
  • Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
  • Hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər sorğuları icra etmək.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli;
  • Müştərilər ilə üzbəüz işləmə bacarığı olan;
  • Təqdimat bacarığı olan;
  • Yaradıcı və innovativ;
  • Satış bacarığı olan;
  • Bank məhsullarının satışı üzrə təcrübəsi olan;
  • Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.
  • Xarici dil bilklərinin olması üstünlükdür.
  Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Birbaşa satışlar üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az