reklam

Azərbaycan Dünyanın 50 ölkəsində keçirilən startap proqramında beşinci dəfə (Qeydiyyat başladı)

Azərbaycan Dünyanın 50 ölkəsində keçirilən startap proqramında beşinci dəfə (Qeydiyyat başladı)   Son 5 ildə Azərbaycanın da uğur qazandığı və 50-dən çox ölkənin iştirak etdiyi dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) akselerasiyası olan ClimateLaunchpad proqramının 2022-ci il üzrə ilk mərhələsi başladı. ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” innovasiya mərkəzidir. Son müraciət tarixi: 26 iyun, 2022 Müraciət forması: https://climatelaunchpad.org/application-form/ Kimlər bu proqramda iştirak edə bilər? Innovativ biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, startapçı, müəllim və s. peşəsindən asılı olmayaq bu sahəyə maraq göstərən hərkəs bu proqrama müraciət edə bilər.   Hansı ideyalarla müraciət etmək olar? Proqramda istənilən sahəyə aid hər hansı bir “cleantech” (təmiz texnlogiyalar) layihəsi və ya ideyası iştirak edə bilər - bu mobil tətbiq, texnoloji cihaz, kimyəvi reaksiya, mexaniki qurğu, alternativ enerji mənbəsi və digər istənilən bir layihə ola bilər.
  • “Cleantech” nədir deyə sual verirsinizsə ilkin olaraq əvvəlki illərdə ClimateLaunchpad proqramında dünyadan və ölkəmizdən iştirak etmiş və uğur qazanmış layihələrlə burada tanış olun
  • “Cleantech” layihələr haqqında dərc etdiyimiz qısa məqaləni oxuyun
Əgər sizin bu sahədə ilkin mərhələdə olan startapınız yaxud ideyanız varsa elə indi qeydiyyat formasını doldurmaqla, öz ideyanızla ilkin seçim mərhələsinə qoşula bilərsiniz. 26 iyun 2022-ci il tarixinə qədər, öz ideyalarınızı buradan (https://climatelaunchpad.org/application-form/) göndərə bilərsiniz. Əlavə olaraq qeyd edək ki, proqrama müraciət etmək üçün heç bir biznes plana ehtiyac yoxdur. Proqram müddətində yerli və xarici mentorlar növbəti mərhələdə sizə biznes plan tərtibində kifayət qədər kömək olacaq və istiqamət verəcəklər.   Proqrama qəbul olan layihələri dünya finalına qədər nə gözləyir? "ClimateLaunchpad" akselerasiya proqramı 4 əsas mərhələdən ibarətdir: Mərhələ 1: Üç günlük Kamp (Bootcamp)– İyun (ayın son 10 günlüyündə) doğru, 2022 Azərbaycanın keçən illərdəki uğurlu nəticələrinə görə, bu il ClimateLaunchpad proqramına qəbul olunan 10 - 13 komanda / layihə ekskluziv olaraq ClimateLaunchpad proqramının beynəlxalq təlimçiləri və yerli mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 3 günlük intensiv kampda iştirak edirlər. Burada iştirakçılar startup qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər. Mərhələ 2: İntensiv ölkə daxili akselerasiya proqramı– İyun - İyul, 2022 İki günlük bootcamp bitdikdən sonra komandalar 6 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad - in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar. Mərhələ 3: Ölkə Finalı – Demo Günü– 7 avqust, 2022 Ölkə daxili koçinq sessiyalarından sonra komandalar ClimateLaunchpad - in təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq və Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 50+ ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2022-ci ilin Sentyabr ayında keçiriləcək Regional Finala vəsiqə qazanacaqlar. Mərhələ 4: "Regional Final"– Sentyabr, 2022 Hər bir ölkənin qazanan-3 komandası Regional Finalda beynəlxalq münsiflər qarşısında təqdimat edəcəklər. Regional Finalda 3 startapımız yarışacaq. Hər bir Regional Finaldan təqribi 10 layihə Dünya Finalına vəsiqə qazanacaqdır. Mərhələ 5: "Dünya Finalı"– Noyabr, 2022 Dünya Finalı iştirakçıları Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər.   Nə qazanacaqsınız? Dünya Finalında ən yaxşı 16 startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 6 aylıq "Qlobal ClimateLaunchpad Accelerator" proqramına qəbul olacaqlar. Bundan əlavə isə, Dünya Finalında ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar: – Birinci yer:€ 10,000 avro, – İkinci yer:€ 5,000 avro, – Üçüncü yer:€ 2,500 avro. Ötən illərdə Azərbaycan nəyə nail oldu? Ötən 4 ildə 50-dən çox ölkənin iştirak etdiyi ClimateLaunchpad proqramında Azərbaycandan hər il 13 startap olmaqla, ümumilikdə 52 startap qəbul olaraq akselerator proqramını uğurla başa vurublar. Ölkə finalında top-3 startap - ümumilikdə 12 startap hər dünya finalında Azərbaycanı təmsil ediblər. 2017-ci ildə ölkə finalı qalibimiz həm də dünya finalında 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail oldular! Universitet müəllimləri, elm xadimləri və tədqiqatçılar üçün Universitet müəllimləri, elm xadimləri və tədqiqatçılar üçün onu qeyd edək ki, ötən illərdə ClimateLaunchpad proqramında biri Professor olmaqla, 10 - a yaxın elm sahəsində tətqiqatçı öz layihələri ilə iştirak etmişdir. 2017-ci ildə ölkə finalının qalibi də məhz Professor Yusif Abdullayev və tələbələri olmuşdur. Dünya finalında isə ölkəmizi uğurlu şəkildə təmsil edərək iştirak edən ölkələr arasında 105 layihə içərisində ən yaxşı 15 startapdan biri olmağa nail oldular. Buna görə də layihələrini ilə Edinburg şəhərində Climate-KİC akselerasiya proqramına qəbul oldular və layihələrini inkişaf etdirmək üzərində işlərini davam etdirdilər. Azyaşlı gənclərimiz üçün Azyaşlı gənclərimiz üçün onu da qeyd edək ki, ötən il ölkəmizdə adını hamının eşitdiyi Reyhan Camalova (Rainergy layihəsinin təsisçisi) öz layihəsi haqqında məhz ClimateLaunchpad proqramında iştirak etmək üçün düşünməyə başlamış, proqrama seçilən uğurlu layihələrdən biri olmuş və məhz ClimateLaunchpad proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatınız qazanmışdır. Social Innovation Lab - in ClimateLaunchpad proqramından sonra Reyhan öz layihəsilə Forbes jurnalın 2018 - ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu!   Son müraciət tarixi: 26 iyun, 2022 Özünüzə və ideyalarınıza güvənin və müraciət edin! Müraciət forması: https://climatelaunchpad.org/application-form/ Suallarınız olarsa ClimateLaunchpad Azerbaijan və ya Social Innovation Lab facebook səhifələrinə yaza bilər və ya +994772337792 whatsapp biznes nömrəsinə yazaraq suallarınızı verə bilərsiniz. Bir daha xatırladaq ki, ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” innovasiya mərkəzidir. Proqramın Media tərəfdaşları Technote Media, Tech.az və Edumap təşkilatlarıdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az