“Microsoft” şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə 2021-2022-ci il üzrə MIE Expert proqramının açılışını elan edib.
Bu barədəAZƏRTAC-a “Microsoft” şirkətindən məlumat verilib. Bildirilib ki, Microsoft Innovative Educator Expert – siniflərdə və sinif xaricində texnologiyaları tətbiq etməyi bacaran, bu sahədə təcrübəsi ilə bölüşməyə və öz məktəblərində, proqram iştirakçıları olan, eləcə də xarici məktəblərdə “Microsoft” texnologiyaları üzrə məsləhətçi olmağa hazır olan insanlar üçün nəzərdə tutulan proqramdır.
“Microsoft” Korporasiyası uzun illər boyunca dünyada, o cümlədən Azərbaycanda illik tədris və məktəb proqramları təşkil edir. Bu proqramlar, qabaqcıl təlim və tədris üsullarını qəbul edərək, məktəblərinin tədris sistemini təkmilləşdirmək və tədris nəticələrini yüksəltmək məqsədilə öz məktəblərində və siniflərində yeni tədris üsulları tətbiq edən, təhsil sahəsində fəaliyyət göstərən dünya liderlərinin və maarifçilərinin dəyərləndirilməsinə yönləndirilib.
MIE Expert proqramı iştirakçılar üçün aşağıdakı imkanları yaradacaq:
Sinif daxilində və xaricində, yeni tədris üsulları, texnologiyaları və formaları ilə tanışlıq;
Tədris üzrə qlobal mütəxəssis pedaqoqlar birliyində üzvlük və təcrübə mübadiləsi;
“Microsoft” tədbirlərində iştirak;
Beynəlxalq qruplarda, proqramlarda və layihələrdə iştirak: Master Teacher, Microsoft Fellow, yeni məhsulların yoxlanması üzrə fokus-qruplar, könüllü hərəkatları;
Sertifikasiya sahəsində irəliləyiş.
Azərbaycandan proqrama qatılmaq üçün pedaqoqlar (sinif müəllimləri, məktəb rəhbərləri, tədris/təlim üzrə peşəkar mütəxəssislər, təhsil məsləhətçiləri, tədris proqramı üzrə mütəxəssislər və başqa tədris və təhsil proseslərində rolu olan şəxslər nəzərdə tutulur) aşağıdakı link vasitəsi ilə onlayn-ərizə göndərə bilər:https://msedu.eventcore.com/
Qeyd edək ki, süni İntellektin imkanları sayəsində Azərbaycan dilini tanıyan “Microsoft Edge” üçün Tərcüməçidən istifadə edərək, iştirakçılar ərizə formasını doğma dildə doldura bilərlər.
Nominasiyalar iyulun 15-dək təqdim olunmalıdır. Lakin iyulun 8-dək ərizənizi göndərib, birinci mərhələdən keçməyəcəksinizsə, iyulun 15-dək təkrar ərizə göndərərək, namizədliyinizi irəli sürə bilərsiniz.
Nominasiya çərçivəsində sizə ünvanlanacaq sualları öncədən yoxlamaq üçün
https://onedrive.live.com/view.aspx?resid=91F4E618548FC604!10618&ithint=file%2cdocx&authkey=!AIJTG--8qGqOc1Adaxil ola bilərsiniz.
MIE mütəxəssisləri, anketdə göstərilmiş cavablar, peşəkar fəaliyyətində innovasiyaların və “Microsoft” tətbiqlərinin istifadə səviyyəsi, eləcə də MIE ekspert proqramında iştirakın gələcək təlim tədris prosesinə təsirinin ətraflı təsviri əsasında regional “Microsoft” təmsilçisi tərəfindən seçiləcəklər.
Qeyd edək ki, “Microsoft” (Nasdaq “MSFT” @microsoft) “intellektual bulud” və “intellektual texnologiyalar” dövründə rəqəmsal transformasiya üçün şərait yaradır. Şirkətin missiyası – planetimizdə yaşayan hər insana və hər təşkilata daha çoxuna nail olmaq üçün imkan yaratmaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur