24 Avqust, 2025 - 03:21
1001
Azərbaycan Milli Xalça Muzeyi yeni eksponatlarla, qürbətdən vətənə qaytarılan, əcdadlarımızın əl işi olan nəfis xalçalarla tanışlıq məqsədilə yeni aksiyaya start verib. MuzeydənAZƏRTAC-a bildirilib ki, ziyarətçilər iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər. Karantin qaydalarına əsasən ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.