Sahibkarlığın İnkişafı Fondu/Entrepreneurship Development Fund "Maliyyə və kreditlərin uçotuna nəzarət şöbəsinin böyük mütəxəssisi" vəzifəsi üzrəvakansiyaelan edir.
Əsas öhdəliklər:
• Kreditlər üzrə tələb olunan hesabatların hazırlanması, mövcud proqram təminatında sazlamalara nəzarət;
• Növbəti maliyyə ili üçün Maliyyə Planlaşdırmasının tərtibi;
• Fondun büdcə proqnozlaşdırılmasının növbəti illər üçün hazırlanması, mütəmadi yenilənməsi, gəlir və xərclərin proqnozlaşdırılması;
• Qiymətli kağızlar, maliyyə alətləri ilə işləmə bacarığı;
• Vergi və maliyyə hesabatlarının hazırlanması;
• Şöbənin Əsasnaməsindən irəli gələn digər vəzifələrin icrasının şöbə müdirinin tapşırığına əsasən təmin edilməsi.
Namizədə dair tələblər:
• Təhsili/ixtisası: Maliyyə və İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi;
• Sahə üzrə minimum 2 il iş təcrübəsi;
• İşgüzar ingilis dili biliyinin olması;
• ACCA sertifkatının (F3, F7 və s.) olması;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə idarəetməsi və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Komandada işləmək bacarığı, təqdimat bacarığı
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartları barədə biliklər.
Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-ni mövzu hissəsində vəzifə adını qeyd etməklə[email protected]email ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 09 iyul 2021
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur