Azərbaycanda bir ilkə imza atmış “Toxum” kitabı ingilis dilində də çap olunub

Azərbaycanda bir ilkə imza atmış “Toxum” kitabı artıq ingilis dilində də çap olundu.   Azərbaycanın ilk yerli Kraudfandinq platforması olan “Toxum.org” və sahibkarlıq sahəsinə öz imzasını atmış şəxslərin təşəbbüsü ilə insanların yaradıcı fikirlərinə həyat vermək üçün ərsəyə gətirilən və ölkəmizdə ilk dəfə öz doğma dilimizdə sosial sahibkarlıq, kraudfandinq, layihənin idarə olunması mövzularını əhatə edən “TOXUM” kitabı artıq ingilis dilində də çap olundu. Toxum.org dəyişiklik edən, sosial gələcəyə yol açan, insanlara dəyər qatan sosial və sosial sahibkarlıq ideya və layihələrə həyat verən bir platformadır. Toxumun əsas məqsədi ölkəmizdə Kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq və həyat tərzinin bir hissəsinə çevirməkdir. Toxum.org komandası deyir ki, Kitablar sonsuz gücə sahibdirlər. Bizi yeni dünyalara apara, yeni şeylər öyrədə , xəyal gücümüzü inkişaf elətdirə və öz arzularımızı gerçəkləşdirməyə ilham verə bilərlər. Toxum.org komandasının ərsəyə gətirdiyi T"oxu"m kitabı məhz bu missiyanı öz üzərinə götürüb. Kitabı əlinə alan hər kəs öz arzusunda olduğu layihəni necə reallaşdırmaq olar onu öyrənəcək.   Kitab sosial sahibkarlıq, layihələri idarə etmək, maddi vəsait toplamaq üçün kampaniya başlatmaqla bağlı bilikləri əhatə edir. Bu mövzuların hər biri real keyslər üzərindən, nümunələrlə, sxem və cədvəllərdən istifadə edilərək çox sadə dildə izah olunub. Ölkəmizdə layihəsinə həyat vermək istəyən insanlar üçün əsl Oxu kitabı olacaqdır.   Kitabın müəllifləri: Global winner 2020-nin qalibi, sosial sahibkar - Sara Rəcəbli, Kvan, Ubuntu, Onqaku, Alamo 13 kitablarının müəllifi - Coşqun Kərimov, Beynəlxalq PMP sertifikatlı layihə meneceri - Kamran Cəbrayılov, Toxum.org platformasının həmtəsisçisi, iqtisadçı - Toğrul Vəliyevdir.   Kitabı 070538 64 72, 055890 32 31 nömrələrinə zəng edərək və ya [email protected] mail ünvanına yazaraq sifariş edə bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az