Şənbə, 23 Avqust, 2025

"Mədəni yenilənmə" adlı yeni multidistiplinar layihə


  • Dərc edildi: 25 Oktyabr, 2021 - 09:45
"Mədəni yenilənmə" adlı yeni multidistiplinar layihə

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi il birgə, "Mədəni yenilənmə" adlı yeni multidistiplinar layihənin başlanmasını elan edirik .Bu layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir. Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərimizə daha yaxın və daha anlaşılan edəcək. Biz dünyanın hər bir yerində yaşayan soydaşlarımızla Azərbaycan auditoriyası ilə arasında möhkəm əlaqələrin qurulmasını son dərəcə vacib hesab edirik. Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərslər, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təqdim olunacaq. Layihə çərçivəsində ilk qonağımız teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (QİTİS) ifaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının rəhbəri, sənətşünaslıq elmləri namizədi, dosent Elşən Məmmədov olacaq.
28 oktyabr, 19:00
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
◻️İştirakçı sayı məhduddur
Qeydiyyat üçün: 0502469292
◻️COVID pasportun olması mütləqdir

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 404
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7281
Sumqayıt Dövlət Univ...