AzTU-da “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllim vakansiyası

“SABAH Magistratura” proqramı çərçivəsindəAzərbaycan Texniki Universitetinin (AzTU) “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə2021/2022-ci tədris ilinin yaz semestrində müəllimlər əməkdaşlığa dəvət edilir. “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək: ·Logistika sistemlərində riyazi modelləşdirmə (Xətti proqramlaşdırma məsələlərinin logistika sistemlərində tətbiqi, tranzitli nəqliyyat məsələsi (Transshipment problem), nəqliyyat məsələsi (Transportation problem), səyyar satıcı məsələsi (SSM-Traveling Salesman Problem), marşrut seçmə məsələsi (VRP-Vehicle Routing Problem) və digərləri); ·Anbar ehtiyatlarının idarə olunması (Ekonomik Sifariş Miqdarı (ESM), təhlükəsizlik stoku, dövri stok, stoxastik anbar modelləri, məhsulların nə zaman hansı miqdarda sifariş verilməli olduğunun hesablanması və s.); ·Akademik yazı və tədqiqat üsulları (Kitabxana sistemlərində axtarış üsulları, AzTU-nun elektron kitabxanası ilə tanışlıq, ondan istifadə qaydaları, akademik yazıların strukturu, üslubu, akademik yazılara istinad etmə, plagiatçılıq nədir, ondan necə uzaq durmalı və s.); ·Nəqliyyat prosesi və nəqliyyat növləri (Əmtəə və məhsulların nəqliyyat prosesi, hava, dəmir, quru və su yollarında istifadə edilən nəqliyyat növləri və onların xüsusiyyətləri və s.); ·Logistika sistemlərində proqram təminatları (Təchizat zəncirlərinin idarə edilməsində istifadə edilən proqram təminatları, SAP/Oracle/1C kimiERP proqramları, onların nəqliyyat/anbar ilə bağlı modulları, bu modulların iş prinsipləri, MRP, və s.); ·Beynəlxalq ticarət (kapital, əmtəə və xidmətlərin ölkələr arasında axını, rəqabət üstünlüyü, beynəlxalq su, quru və hava yolları ilə daşıma marşrutları və s.). Namizədlərə dair tələblər: ·Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura); ·Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi; ·Azərbaycan dilində səlis ünsiyyət bacarıqları; ·İKT resurslarından sərbəst istifadə bacarıqları; ·İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları. Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini(Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə)[email protected]elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraicət üçün son tarix 1 dekabr 2021-ci ildir. Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqlar.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az