Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə mütəxəssis vakansiyası

Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə mütəxəssis axtarışındayıq. Tələblər: ·Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi. ·Yükqaldırma və takelaj əməliyyatlarının icrası işlərində təcrübəli olmaq və müvafiq təlim keçmək. ·Yükqaldırma və takelaj əməliyyatlarının icra edilməsi qaydaları haqda ölkə ərazisində tətbiq edilən müvafiq qanunverici sənədi bilmək. ·Yükqaldırma və takelaj mexanizmləri və digər ləvazimatların növləri və istismar qaydaları barəsində məlumatlı olmaq və müvafiq təlim keçmək. ·Yükqaldırma və takelaj avadanlıqlarının yararlılıq kriteriyaları barəsində məlumatlı olmaq. ·Yükqaldırma və takelaj, eləcə də yüklərin daşınması əməliyyatları çərçivəsində tətbiq edilən sənəd dövriyyəsi barəsində məlumatlı olmaq. · Yükqaldırma və takelaj avadanlıqlarının dövri yoxlanması və saxlanması qaydaları və prosesin sənəd dövriyyəsi barəsində məlumatlı olmaq. Məsuliyyətlər: ·Müəssisənin ümumi infrastrukturuna daxil olan bütün mobil, səyyar və stasionar yükqaldırma və daşıma mexanizmlərinin və ləvazimatlarının müvafiq qaydada təftişini həyata keçirmək. ·Mexanizmlərin aid olduğu struktur bölmələri tərəfindən qanunla müəyyən edilmiş istismar qaydalarına, müəssisənin yükqaldırma proseduruna və istehsalçının tələblərinə uyğun şəkildə istismar edilməsinə, gündəlik yoxlama prosesinin müvafiq qaydada yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi barədə rəhbər şəxsin müvafiq göstərişlərini icra etmək. ·Yükqaldırma (və daşıma) əməliyyatlarına başlamazdan öncə müvafiq sənəd dövriyyəsinin təmin edilməsi barədə rəhbər şəxsin müvafiq göstərişlərini icra etmək. ·Müəssisənin infrastrukturuna daxil olan bütün növ yükqaldırma (və daşıma) mexanizm və ləvazimatlarının yerli qanunverici orqanın və müəssisənin yükqaldırma və SƏTƏM prosedurunun tələblərinə uyğun olaraq dövrü yoxamasının təşkili ilə bağlı rəhbər şəxsin müvafiq göstərişlərini icra etmək. ·Yükqaldırma avadanlıqlarının qaydalara uyğun şəkildə saxlanması, təhvil-təslim prosesi və prosesin sənəd dövriyyəsinin təmin edilməsi ilə bağlı rəhbər şəxsin müvafiq göstərişlərini icra etmək. ·Yükqaldırma əməliyyatlarının öncədən hazırlanmış müvafiq plan əsasında yerinə yetirilməsinə nəzarəti təmin etmək məqsədiylə rəhbər şəxsin müvafiq göstərişlərini icra etmək. Tələblərə cavab verən namizədlərdən öz CV-lərini 10.12.2021 tarixinədək, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə[email protected]mail ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az