Şənbə, 30 Avqust, 2025

AzTU-nun Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasına müəllimlərin işə qəbulu elan olunur


  • Dərc edildi: 28 Avqust, 2025 - 10:27
AzTU-nun Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasına müəllimlərin işə qəbulu elan olunur

Azərbaycan Texniki Universiteti (AzTU) Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrası 2025/2026-cı tədris ilinin payız və yaz semestrləri üzrə müəllim vəzifəsinə işə qəbul elan edir.

 

Azərbaycan, türk, ingilis, rus, bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır: 

 

FƏNLƏRİN SİYAHISI

 

Tələblər:

 

• Ali təhsil: Magistr və ya doktorantura dərəcəsi;

 

• Müvafiq sahə üzrə elmi dərəcənin (PhD və ya fəlsəfə doktoru) olması üstünlükdür;

 

• Tədris sahəsinə uyğun elmi məqalələrin, tədqiqatların və ya layihələrin müəllifi olmaq;

 

• Ali təhsil müəssisəsində pedaqoji fəaliyyət üzrə ən azı 1-3 il iş təcrübəsi;

 

• Fənn proqramlarına uyğun dərs materiallarını hazırlamaq və müasir tədris metodlarından istifadə etmək bacarığı;

 

• Azərbaycan və rus dilində səlis danışıq və yazı bacarığı;

 

• Yaxşı ünsiyyət və təqdimat bacarıqları;

 

• Komanda ilə işləmək və akademik mühitə uyğunlaşmaq qabiliyyəti;

 

• Müasir İT və tədris texnologiyalarından istifadə bacarığı (MS Office, LMS platformaları və s.).

 

Müraciət qaydası:

 

Tələblərə uyğun namizədlər mövzu yerində iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məlumatları qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 05.09.2025

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 917
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 184
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7774
Sumqayıt Dövlət Univ...