Baş mexanik vakansiyası

Vəzifə öhdəlikləri
  • Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
  • Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
  • Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
  • Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
  • Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
  • Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
  • Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:
Tələblər:
  • Sahə üzrə Ali təhsil
  • Sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
  • Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
  • MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində, İngilisvə Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
  • Təzyiq altında işləmə bacarığı;
  • Problemlərə çevik yanaşma
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  Əlavə məlumat:
  • Əmək haqqı;razılaşma yolu ilə
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Maraqlanan namizədlərdən mövzu sətrində“Baş mexanik”qeyd etməkləCV ni [email protected] mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az