Şənbə, 2 Avqust, 2025

Baş mühasib vakansiyası


  • Dərc edildi: 1 Dekabr, 2021 - 08:42
Baş mühasib vakansiyası

“Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi“STP Alüminium” MMC “Baş mühasib” vakansiyası elan edir. 2012-ci ildən bazarda fəaliyyət göstərən STP MMC, bölgədəki ilk və ən böyük Texnoparkdır. Özündə bir çox biznes vahidi və müştərək müəssisələri birləşdirən STP MMC, “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsullarla yerli və dünya bazarında layiqli yer tutur. Özünə inamlı, peşəkar və inkişafa meyilli namizədləri komandamıza qoşulmağa dəvət edirik. Əsas tələblər: -Zavodun maliyyə/mühasibat və vergi üçotunun qurulması, aparılması -Akkreditiv, bank qarantiyası, kreditlərin götürülməsi və s. Bank əməliyyatlarının aparılması (açılıb, bağlanması). -Müəssisə tərəfindən həyata keçirilən bütün təsərüfat əməliyyatlarının mühasibat hesabında (həmçinin mühasibat üçotu registrlərində) düzgün əks etdirilməsi, -Büdcə hazırlanması və xərclərə nəzarətin təmin edilməsi, -Maliyyə hesabatı və kredit əməlliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin Yekunları üzrə əməliyyatlarının üçotunun təşkil edilməsi, -Maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi. Bizim üçün uyğun namizəd: -Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli, -Mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi olan, -MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir. Nə əldə edəcəksiniz? -Azərbaycanın qeyri-neft sektorunun ən böyük sənaye müəsisəsində iş təcrübəsi; -Şəxsi inkişaf və karyera imkanları; -Peşəkar mühitdə yüksəliş və inkişaf imkanları. Əlavə məlumat: -Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə; -İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Baş mühasib” yazaraq 20.12.2021 tarixinədək[email protected]elektron poçtuna göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5289
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 842
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 299
“İnnovativ məktəb” l...