reklam

Biləsuvarda rəsm sərgisi və atıcılıq yarışı keçirilib

Biləsuvarda rəsm sərgisi və atıcılıq yarışı keçirilib
Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi layihəsinin növbəti mərhələsi olaraq 9 noyabr Bayraq Gününə həsr olunmuş rəsm sərgisi və 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş atıcılıq yarışı keçirilib.
Layihənin rəhbəri Nazim Sadıqovun verdiyi məlumata görə, layihənin əsas məqsədi məktəblərdə sistemli olaraq fəaliyyət göstərəcək “Zəfər” vətənpərvərlik klublarının yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkili ilə şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.
Həmçinin o qeyd edib ki, ilk əvvəl 10 nəfərdən ibarət işçi qrupunun yaradılıb və bu qrupunun köməyilə Biləsuvar rayonunun məktəblərində layihə ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılıb.
Eyni zamanda bildirib ki, daha sonra seçilmiş “Zəfər” vətənpərvərlik klubunun rəhbərləri təlimatlandırılıb.
Klublar 1 ay fəaliyyət göstərdikdən sonra ilk dəfə olaraq 8 noyabr 2021-ci il tarixində Zəfər günündə geniş kütləyə - rayon ictimaiyyətinə təqdim olunub.
Qeyd edək ki, layihənin icrası olaraq ilk dəfə olaraq ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis ediləcəkdir. Həmçinin layihənin icrası Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən dəstəklənir. Layihə müddətində həm təlimçi, həm ekspert, həm də məzmunun hazırlanması məhz Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunacaqdır. Bu da layihənin keyfiyyətinin, kütləvililiyinin və davamlılğının təminatına müsbət təsir edəcəkdir.
Layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən yanvarın 17-dək davam edəcək.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az