Rəqəmsal innovasiyaların tətbiqi departamenti - Biznes analitika üzrə baş mütəxəssis
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
- Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
- Texniki tapşırıq üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
- Biznes prosesin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
- Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
- İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi;
- Agile komanda ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin texniki araşdırılması;
- Buraxılacaq Rəqəmsal məhsulun strategi yol xərtəsinin çəkilməsi və görüləcək işlər üzrə user story-lərin hazırlanması.
- Ali təhsilli;
- Sahə üzrə minimum 2 il təcrübəyə sahib;
- Bank məhsulları haqqında biliklərə sahib;
- CRM-sistemləri (Arzuolunandır), Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olan;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
- Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
- (Arzuolunandır) Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
- (Arzuolunandır) Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahibdir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur