Biznes Kreditlərinin Təhlili Şöbəsində Baş Mütəxəssis vakansiyası

“Rabitəbank” ASC Kreditlərin anderraytinqi departamentinin, Biznes Kreditlərinin Təhlili Şöbəsinin Baş Mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.   Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.   Əsas vəzifələr:   Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin minimum sənədlərtoplusuna uyğunluğunu yoxlamaq; Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlamaq; Kreditin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin siyahısını və həcmini müəyyənləşdirmək; Mərkəzləşdirilmiş Kredit Reyestrindən kredit sifarişi haqqında sorğunun nəticələrini yoxlamaq; “Biznes Kreditlərin Təhlili Şöbəsi”nin kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq; Girovun adekvatlığını, realizasiyasını və həssaslığını yoxlamaq; Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəfləri vaxtında və keyfiyyətlə icra etmək; Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrini təhlil edib və həmin layihələrdə səhvlər və ya göndərilən sənədlərdə uyğunsuzluq aşkarlandığı halda şöbə müdirinə yazılı məlumat vermək.   Namizədə olan tələblər:   Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır); Sahə üzrə azı 2 illik iş təcrübəsi; Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti; Yüksək təhliletmə, komandada işləmək bacarığı; Yüksək kommunikasıya və təqdim etmə bacarığı; Operativ və düzgün qərar vermək bacarığı; Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.   Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində“Bizness kreditlərin təhlili - Baş Mütəxəssis”göstərməyiniz xahiş olunur.   Əlaqə vasitələri: E-mail: [email protected] Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az