Çərşənbə axşamı, 1 İyul, 2025

Brendin idarə edilməsi şöbəsində aparıcı/baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 23 İyun, 2021 - 13:30
Brendin idarə edilməsi şöbəsində aparıcı/baş mütəxəssis vakansiyası

Azərbaycan Beynəlxalq Bankı Brendin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir. Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
  Görəcəyiniz işlər:
  • Bankın məhsul və xidmətlərinin təşviqi üçün optimal marketinq kommunikasiya kanallarının seçməsində iştirak etmək;
  • Bankın imicinə və bazarda mövqeləndirilməsinə aid olan reklam və təşviq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Möv
    cüd kommunikasiya kanallarının monitorinqini təşkil etmək;
  • Bankın məhsul və xidmətlərinin təşviqi üçün tamqiyaslı marketinq kampaniyalarının təşkili;
  • Keçirilmiş kampaniyaların effektivliyinin ölçülməsinə dair hesabatın hazırlanması;
  • Bank məhsulları haqqında biliklərin olması;
  • Bankın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə aktiv fəaliyyət göstərmək.
  Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
  • Yüksək səviyyədə MS Office proqramları biliyi olan;
  • Problem həll etmə bacarığı olan;
  • Yaradıcılıq və innovasiya bacarığı olan;
  • Problem həll etmə bacarığı olan;
 
  • Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər.   Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Brendin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.   İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 59
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 34
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...