Broker və Diler bölməsinin mütəxəssisi (Treyder) vəzifəsi üzrə vakansiya

PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri Broker və Diler bölməsinin mütəxəssisi (Treyder) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri ·Bakı Fond Birjasında əməliyyatlar aparmaq və ticarət sonrası hesablaşmalara nəzarət etmək (müştərilərin adından qiymətli kağızların alışı və satışı, Vasitəçilik); ·Pul bazarı əməliyyatlarını icra etmək və danışıqlar aparmaq; ·Repo/Əks repo əməliyyatları icra etmək; ·Sabit gəlirli qiymətli kağızlarla əməliyyatları həyata keçirmək və dövlət qiymətli kağızları üzrə hərraclarda iştirak etmək; ·Bütün müştəri sorğuları ilə (daxili və ya xarici maliyyə bazarı)məşğul olmaq, müştərilər və şirkət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və təkliflərin verilməsi; ·Müştəri məlumatlarını təhlil etmək və yeni müştərilərin cəlb edilməsi üçün görüşlər təşkil etmək; ·Bakı Fond Birjası tərəfindən elan olunmuş bazar məlumatları, baş tutacaq hərraclar barəsində müştəriləri mütəmadi məlumatlandırmaq; ·Şirkətin investisiya portfelinin mütəmadi təhlilinin aparılması və portfelinin idarə olunması üçün əməliyyatların həyata keçirilməsi (Dilinq); ·Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi. Namizədlərə əsas tələblər ·Maliyyə, iqtisadiyyat üzrə ali təhsil; ·Sahə üzrə ən azı 2 il iş təcrübəsi (investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur); ·Qiymətli kağızlar bazarı və İnvestisiya şirkəti fəaliyyətinə dair biliklər; ·Lisenziya/ Sertifikat: Nəzarət orqanı tərəfindən verilən İxtisas Şəhadətnaməsi, Bakı Fond Birjasından təqdim olunan treyder lisenziyası, CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikatlara sahib olanlara üstünlük verilir; ·Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması; ·MS Office və Bloomberq (arzuolunandır) istifadə bacarığı; ·Məsuliyyətlik və operativlik. Bizim komandaya qoşulmaq üçün CV-nizi vakansiya başlığını qeyd etməklə[email protected]ünvanına göndərin.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az