“Rahat Telecom” MMC informasiya və kommunikasiya sektorunda fəaliyyət göstərən fiber optik internet,İPTV kabel şəbəkəsi və rəqəmsal televiziya brendi olaraq abunəçilərə böyük imkanlar təqdim edən qabaqcıl şirkətlərdən biridir. İş barədə məlumat : ·Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, və s.) ünsiyyətin qurulması; ·Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi; ·Şirkətin kompaniyaları haqqında müştərilərə ətraflı məlumat verilməsi; ·Müştərilərin istəklərini qeydə alınması və texniki şöbəyə yönləndirilməsi ·Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi ·Şirkətin xidmət ,qiymətləri barədə müştəriyə düzgün m�
�lumat vermək və sifarişləri qeydiyyata almaq ·Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək Tələblər: -Yaş : 20 – 40 -Cinsi :qadın -Dil bilikləri: Azərbaycan,Rus dillərini əla səviyyədə bilməli; -Aydın və səlis nitq bacarığı;Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti; -Səbrli və məsuliyyətli; -Müvafiq sahədə 1 il iş təcrübəsi (call center, satış və müştəri xidmətləri sahəsində olanlara üstünlük verilir) -Kompüter bilikləri – MS Office (Microsoft Word, Microsoft Excell,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları; -İşə planlı yanaşmaq bacarığı; -Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti; İş qrafiki: 6 iş günü Əmək haqqı: 400 AZN Vakansiyaya uyğun gələn namizədlərin cv-lərini[email protected]elektron ünvanına göndərməkləri arzu olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb