Çərşənbə, 4 İyun, 2025

Strategiya və layihələrin idarə olunması şöbəsində məsləhətçi vakansiyası


  • Dərc edildi: 14 Noyabr, 2021 - 16:54
Strategiya və layihələrin idarə olunması şöbəsində məsləhətçi vakansiyası

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Strateji təhlil departamentinin Strategiya və layihələrin idarə olunması şöbəsinə məsləhətçi vakansiyasını elan edir. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü; Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; Karyera irəliləyişlərində yaradılan şərait; Rəqabətədavamlı əmək haqqı. Görəcəyiniz işlər: Layihələrdə resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək və nəzarət; Layihənin büdcə daxilində tamamlanmasına nəzarəti; Layihə sənədlərinin, icra planlarının hazırlanmasının təşkili; Layihə üzvlərini lazımı informasiya və resurslarla onları təmin etmək; Müvafiq vasitələr və üsullardan istifadə edərək layihələrin performansının ölçülməsinin həyata keçirilməsi; Layihələr üzrə icra statuslarının təqib edilməsi və uğurlu nəticənin təmin edilməsi, lazım gəldikdə əlavə strukturların işə cəlb olunması ilə bağlı təkliflərin verilməsi; Layihələrin Agentliyin strateji hədəflərinə uyğun təsnifatlaşdırılmasının və prioritetləşdirilməsinin həyata keçirilməsi, dövri olaraq layihələrin nəzərdən keçirilməsi, icra statusları barədə məlumatların toplanılması və icmallaşdırılması; Layihə üzrə risklərin müəyyən olunmasına köməklik göstərilməsi və risklərin q

arşısının alınması ilə bağlı təkliflərin verilməsi; Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi; Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi; Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi; Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi. Bizim üçün uyğun namizəd: Ali təhsil (idarəetmə, maliyyə və ya iqtisadiyyat); Azərbaycan və ingilis dilində səlis yazı və danışıq bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Kommunikasiya bacarığı; Təqdimat bacarığı; Vaxtın və resursların idarə olunması bacarığı; Enerjili və yüksək fəaliyyət qabiliyyəti; Məqsədyönlülük və əzmkarlıq; Analitik düşünmə bacarığı. Əlavə məlumatlar: İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi; İş vaxtı: 09:00 – 18:00; İş yeri: Bakı şəh., 28 May küç.44/12. Müraciət qaydası: Vakansiyaya son müraciət tarixi: 12.12.2021-ci il; CV-lər[email protected]ünvanına göndərilməlidir; Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir; Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 223
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 60
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 159
Lisey və gimnaziyala...