Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Müraciətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinə Çağrı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali tibbi təhsil
• Sahə üzrə minimum 1 il iş təcrübəsi
• Kompüter bilikləri: Microsoft Office – yaxşı
Bacarıqlara dair tələblər:
· Komandada işləmə bacarığı
· Məsuliyyətlilik
· İntizamlılıq
· Dəqiqlik
· Nəticəyönümlülük
· Fikrini səlis ifadə etmək
· Stressə davamlılıq
İşin təsviri:
• Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin qəbul edilməsi, baxılması və cavablandırılmasının təmin edilməsi;
· Daxil olmuş müraciətin əlavə araşdırılması məqsədilə aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
· Müraciət edən şəxslərə tələb olunan digər informasiya xidmətlərinin göstərillməsi;
· Vətəndaşların Çağrı xidməti şöbəsinə etdikləri müraciətində qaldırılan məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll olunması, pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı tədbirlərin görülməsi;
· Müvafiq sahə üzrə qanunvericiliyin yüksək səviyyədə mənimsənilməsi;
· İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi;
· Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi;
· İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatların bölüşülməsi və əldə edilməsi;
· TƏBİB-in tabeliyində olan müəssisə və təşkilatlarına şöbənin fəaliyyət istiqamətinə uyğun məsələlər ilə bağlı metodiki köməkliyin göstərilməsi;
· Dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin görülməsi.
Əlavə qeydlər:
• İş qrafiki: Növbəli iş
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Çağrı xidməti şöbəsi - mütəxəssis” qeyd olunmalıdır;
CV-lər 06 iyul, 2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb