Çatdırılma şöbə rəhbəri vəzifəsi üzrə vakansiya

Az FP Co LTD" MMC (Milla süd emalı zavodu) Çatdırılma şöbə rəhbərivəzifəsi üçün işçi qəbulu elan edir: Namizədin vəzifə öhdəlikləri: 1.Logistikanınümumi nəzarəti;Yol hərəkətinin təhlükəsizlik qaydalarını gözləmək və hərəkətdə olan nəqliyyat vasitələrinin səmərəli və effektli istifadəsini təmin etməklə yüklərin (sərnişinlərin) daşınması üzrə qoyulmuş plan tapşırıqların yerinə yetirilməsini təmin etmək. 2. Çatdırıla bilməyən malların səbəbini araşdırıb məlumatın vermək; Nəzarət rəqəmlərinin işlənib hazırlanmasında, onların razılaşdırılmasında və avtonəqliyyat müəssisələrinə çatdırılmasında iştirak etmək, daşımaların təşkili metodlarını və mütərəqqi texnologiyaların işlənib hazırlamaq və tətbiqinə rəhbərlik etmək və günlük region sifarişlərin təşkil etmək. 3. İstehsal olunmuş məhsulların yüklərin, həcm və istiqamətlərinin aşkar olunmasını təşkil etmək. Xidmət olunan regionda nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsilə bağlı işlərə rəhbərlik etmək. 4. Nəqliyyat vasitələrinin əraziyə vaxtında çıxıb çıxmamasının yoxlanışını keçirmək; 5. Günlük sifarişlərin ünvana çatdırılması ilə bağlı hesabatın hazırlamaq; Daşınmalar üzrə plan tapşırıqlarının yerinə yetirilməsi gedişatına və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət və onları təhlil etmək. 6. Əraziyə çıxmayan nəqliyyat vasitələrinin səbəbini araşdırmaq və bu barədə lazımi strukturlara məlumatın vermək; İstehsal mallarınındaşınmalar qaydalarına əməl olunmasında, tariflərin düzgün tətbiqinə nəzarətin təşkilində, yol sənədlərinin tərtibatında, istehsal olunmuş məhsulların və yük daşımalarının yerinə yetirilməsi üçün məsafələrin təyin edilməsində iştirak etmək. 7. Şöbə işçilərinə rəhbərlik etmək; Bütün işçilərin SƏTƏM üzrə müvafiq təlim və təlimatlarını təşkil etmək. Namizədə tələblər: - Ali təhsil; - 3-5 ilədək uyğun sahədə iş təcrübəsi - Logistika proseslərinin təşkili, daxili intizam qaydaları, avtonəqliyyatın müəssisəsinin istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları haqqında məlumatlı olması - MS Office yaxşı səviyyədə bilməsi - Ezamiyyətə gedə bilməsi Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Çatdırılma şöbə rəhbəri” qeyd etməklə[email protected]ünvanına göndərə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az