“CyberCamp 2022” yay düşərgəsi təşkil ediləcək

“CyberCamp 2022” - 4 – 9 iyul, Quba 4 – 9 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2022” yay düşərgəsi təşkil ediləcək. Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır. “CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır:
  • Veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında);
  • Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi;
  • Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar;
  • Kriptoqrafiyaya aid tapşırıqlar.
Kibertəhlükəsizlik sahəsi üzrə bilik və bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək məqsədi daşıyan yay kampında aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:
  • Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələr;
  • sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri.
Yay düşərgəsində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur. Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi: 27 iyun 2022-ci il Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər kampda iştirak hüququ qazanacaqdır. Tədbir boyu iştirakçılara peşəkar, çevik və innovativ mütəxəssislər dəstək olacaq. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Kampda iştirakçı sayı məhduddur. Seçilən şəxslərə yay kampı barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək. Qeydiyyat üçün keçid: https://anket.edu.az/link/186   Əlaqə: Elektron ünvan: [email protected] (subject: Cybercamp)
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az