“CyberCamp 2022” yay düşərgəsi uğurla başa çatıb

14 iyul tarixində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayonunda “CyberCamp 2022” yay düşərgəsi uğurla başa çatıb. 9-14 iyul tarixlərini əhatə edən yay düşərgəsinin təşkilində əsas məqsəd informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbə və məzunların kibertəhlükəsizlik sahəsində praktiki biliklərinin inkişafını dəstəkləmək olmuşdur. Yay düşərgəsi ərzində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən kibertəhlükəsizlik üzrə laboratoriya mühitində veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında), əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi və zərərli proqram təminatının analizi üzrə təlimlər təşkil olunub, eləcə də onlar üçün mövzular üzrə asandan çətinə doğru maraqlı tapşırıqlar təqdim olunub. Daha sonra isə təlimçilər iştirakçıların səhvlərinə əsasən tapşırıq həllərinin izahlarını veriblər. Düşərgəboyu iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən kibertəhlükəsizlik, zərərli proqram təminatının analizi və tərsinə mühəndislik, kriptoqrafiya üzrə praktiki fəaliyyətlər, qrup işləri və mühazirələr təşkil olunub. Düşərgənin sonuncu günündə Bakı Mühəndislik Univeritetinin SABAH qrupları magistr layihəsinin “Kiber Təhlükəsizlik” proqramı rəhbəri Günay Abdiyeva tərəfindən kibertəhlükəsizlik sahəsində aktual mövzuları əhatə edən təqdimat nümayiş edilib, daha sonra isə tələbələrlə birgə mühüm hücüm vektorlarından olan sosial mühəndislik üzrə fikir mübadiləsi aparılıb. 5 gün davam edən yay proqramının bağlanış mərasimində ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov və “Bir Könüllü” təşkilatının sədri Ülvi Əlizadə tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az