Sürücü-ekspeditor vakansiyası

Kateqoriya: Sürücü-ekspeditor   İş yeri: Azərbaycan, Bakı   İş qrafiki: Tam / 09:00 - 19:00 (Bazar Ertəsi – Şənbə);   Şirkət haqqında: Instyle.az Azərbaycanda geyim sahəsinə yeniliklər gətirəcək, Z nəslinə fokuslanmış elektron kommersiya layihəsidir. Şirkətin əsas məqsədi dünyaca tanınan brendləri deyil, daha az tanınan amma daha keyfiyyətli və "yaşıl" məhsullar təklif edən kiçik dəb brendlərini Azərbaycan bazarında tanıtmaqdır. Bu brendlərin bəziləri Avropanın, Amerikanın və Asiyanın fərqli ölkələrindən gətiriləcək, bəziləri isə Azərbaycan istehsalı olacaq.   İş barədə məlumat:
  • Sifarişin vaxtında ünvana səliqəli və qüsursuz çatdırılması;
  • Çatdırılma zamanı məsafələr üzrə düzgün sistemləşmənin və koordinasiyanın nəzərə alınması;
  • Müştərilərə gülərüz xidmət göstərilməsi;
  • Çatdırılma zamanı müştərilərin seçimi üçün optimal şərait yaratmaq;
  • Rəflərdə malların sistemli, düzgün və səliqəli yığılmasının təmin edilməsi;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Anbardan malların təhvil alınması və maşına yiğılması;
  • Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
  • Gündəlik görülən işlərlə bağlı Menecerə hesabat verilməsi;
  • Rəhbərliyin göstərişlərinin yerinə yetirilməsi;
  Namizədə tələblər:
  • Güclü iş etikasına sahib olmaq;
  • Effektiv kommunikasiya və təqdimat bacarığı;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satiş bacarıqların yüksək olması, B2C satış seqmentində təcrübə üstünlükdür;
  • Çeşidləmə və yerləşdirmə ilə bağlı təcrübə;
  • Müştəriləri məmnun etmə və ikna etmə bacarıqlarının yüksək olması;
  • Şəxsi avtomobili və Sürücülük Vəsiqəsi olması mütləqdir (yanacaq xərcləri qarşılanacaq);
  • Naviqator və ya Onlayn Xəritələrdən istifadə bacarığı;
  • Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməlidir;
  • Azərbaycan dili əla, rus dilində isə minimal kommunikasiya bacarığının olması;
  • Sahə üzrə minimum 3 il professional iş təcrübəsi;
  • Nəticə yönümlü olub satış sahəsində inkişaf məqsədli olmaq;
  • Yaş həddi : 25-38
  • Əmək haqqı Başlanğıc Net: 600 AZN + Bonus
Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Sürücü-ekspeditor” qeyd edərək[email protected]ünvanına göndərə bilərlər.   Son Tarix: 08.08.2022
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az