Şənbə, 23 Avqust, 2025

"Dalğıc: duyğusal mənaların yeddi qatı" adlı sərgi


  • Dərc edildi: 31 May, 2021 - 13:35
"Dalğıc: duyğusal mənaların yeddi qatı" adlı sərgi

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Lab-2021 proqramının iştirakçıları Elmira Babayeva, Səidə Quluzadə, Ayna Moazzen, Səbinə Mehdiyeva, Ləman Məmmədova, Nəzrin Məmmədova, Rəfiqə Novruzlu, Marta Ramazan, Nərgiz Səmədova, Nigar Səfərova və Şəbnəm Vəliyevanın əsərlərindən ibarət birgünlük "Dalğıc: duyğusal mənaların yeddi qatı" adlı bir günlük sərgiyə dəvət edir.
Proqramın ilk studiya sərgisində iştirakçıların bu dəfəki mentoru Cahangir Səlimxanov ilə silsilə görüşlərin yaradıcılıq nəticələri təqdim edilir.
"Nəzirə" konsepsiyası altında keçirilmiş seminar, yeni yaradıcı layihələrin digər incəsənət əsərindən götürülən hər hansı bir elementdən bəhrələnərək ərsəyə gətirilməsinə həsr edilmişdir. "Nəzirə" - şərq poeziyası ənənələrində istənilən sənətkarın əsərinin təsiri altında yazılmış "cavab" əsəridir.
Məşğələlərin məqsədi nümunə olaraq seçilmiş Nizami Gəncəvinin "Yeddi gözəl" poemasına ən müxtəlif vasitələrlə, hətta qeyri-adi tərzdə və formatda "nəzirələr" (ithaf, cavab) yaratmaq idi.
İştirakçılara əsəri oxuyub, özləri üçün hər hansı süjet səbəbi (motivi), məcazı (metaforası), təsviri, hətta dolayı məlumatı - astronomiya, sosial zümrələr, sevgi ifadəsinə dair ədəb, astrologiya, saray əyləncələri, gemologiya, mədəni coğrafiya, landşaft memarlığına və digər mövzulara aid edilən elementi seçmək, həmin "mənimsədilmiş" materialın rəssamların öz bədii təxəyyüllərinə hansı şəkildə təkan verə biləcəyi barədə düşünmək təklif olunmuşdu. Sərgi, həmin prosesin nəticələrini izləmək və qədim dövrdən gələn ədəbi abidəyə müasir yaradıcı şəxslərin yanaşmasını duymaq imkanı yaradır.
Açılış tarixi: 3 iyun, 12.00 – 20:00 Ünvan: ARTIM Lab emalatxanası, Nizami küç., 8/12 (M.Axundov bağının yaxınlığı) Giriş sərbəstdir

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 378
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 78
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7257
Sumqayıt Dövlət Univ...