PAŞA Kapital İnvestisiya Şirkəti potensial namizədləri Daxili nəzarət bölməsinin baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
·Qanunvericiliklə investisiya şirkəti fəaliyyəti üçün müəyyən edilmiş davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
·Əsas və yardımçı investisiya xidmətlərini əhatə edən daxili qayda və prosedurların hazırlanması;
·Şirkətin əməkdaşlarına keçirilən əməliyyatların Azərbaycan Respublikasının Qanunlarına uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi;
·Mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsi;
·Sorğuların cavablandırılması;
·Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədlərə əsas tələblər
·Maliyyə, iqtisadiyyat və ya hüquq üzrə ali təhsil;
·Nəzarət sahəsində ən azı 2 il,investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
·Qiymətli kağızlar bazarı üzrə qanunvericilik haqqında dərin biliklər;
·İnvestisiya şirkəti fəaliyyətinə dair prudensial tələblər barədə dərin biliklər;
·Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
·MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
·Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Maraqlanan şəxslər elektron məktub başlığında “Daxili nəzarət bölməsinin baş mütəxəssisi” qeyd etməklə öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur