Çərşənbə axşamı, 26 Avqust, 2025

DİM tərəfindən keçiriləcək imtahanların tarixləri haqqında məlumat


  • Dərc edildi: 27 Dekabr, 2021 - 11:36
DİM tərəfindən keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ilin yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseyləri şagirdlərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur. Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz:

İmtahanın adı Tarixi
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı 23 yanvar
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı 23 yanvar
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) 13 fevral
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı 13 fevral
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı 20 fevral
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) 20 fevral
Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı 27 fevral
Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı 28 fevral
TOEFL imtahanı 8, 22 yanvar 12, 19 fevral
GRE imtahanı 9 yanvar 4 fevral
TKT (Teaching Knowledge Test) imtahanı 29 yanvar
Digər aylarda keçiriləcək imtahanların tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 600
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 118
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7452
Sumqayıt Dövlət Univ...