Dövlət İmtahan Mərkəzində vakansiyalar

Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektoru

Aparıcı məsləhətçi
Struktur bölmə:Yoxlama-ölçməmateriallarının işlənməsi departamenti Struktur vahid:Test bankı sektoru Vəzifənin adı:Aparıcı məsləhətçi Aylıq vəzifə maaşı:1330 manat Qulluq funksiyaları: - Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi. Vəzifənin tutulmaşərtləri: - Təhsilə dair tələb:Ali təhsil - İş stajına dair tələb:Tələb müəyyən edilmir. Kompüter biliklərinə dair tələblər: - C#, Java və ya Python dillərindən birini bilməli; - MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli. Xüsusi tələblər: - Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı; - Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta. Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını2022-ci ilyanvarın 10-dək[email protected]elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

İmtahanların təşkili və idarəedilməsi departamenti, İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektoru

Məsləhətçi
Struktur bölmə:İmtahanların təşkili və idarəedilməsi departamenti Struktur vahid:İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektoru Vəzifənin adı:Məsləhətçi   Aylıq vəzifə maaşı:1209 manat Qulluq funksiyaları: 1. İmtahanların təşkili, keçirilməsi prosesinə texnoloji dəstək və lazımi proqram təminatlarının hazırlanması və tətbiqi; 2. Struktur bölməyə daxil olan ərizə, təklif və şikayətlərin səlahiyyətləri çərçivəsində araşdırılması və cavablandırılmasının təmin edilməsi; 3. Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi. Vəzifənin tutulma şərtləri: Təhsilə dair tələb:Ali təhsil İş stajına dair tələb:1 il. Kompüter biliklərinə dair tələblər: - PHP Framework (Laravel); - MS SQL, MySQL, Postgresql, MS Access; - Angular, React və ya Vue JS (biri arzu olunandır); - Frontend bilikləri (AJAX, Javascript, HTML5, CSS, Bootstrap, jQuery); - MS Office; - Veb-dizayn sahəsi üzrə təcrübə. Xüsusi tələblər:Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı, veb və mobil tətbiqlərin yazılması və istismarı. Xarici dil biliklərinə dair tələblər:ingilis dili – orta, rus dili – orta Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını2022-ci il yanvarın 31-dək[email protected]elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az