reklam

Müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir

Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamları ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir.   Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir:  
  • Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər;
  • Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;
  • Yaşa görə müavinət alanlar;
  • Ailə başçısını itirməyə görə müavinət alanlar;
  • Müddətli hərbi xidmətdə olanların uşaqları;
  • Uşaqların qəyyumları;
  • Beşdən çox uşağı olan qadınlar;
  • Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;
  • Övladlığa uşaq götürənlər;
  • İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;
  • “Xalq” və “Əməkdar” fəxri adı olanlar;
  • Doktorant və tələbələr.
  Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır:
  • Uşağın doğulmasına görə birdəfəlik müavinət;
  • Dəfn üçün birdəfəlik müavinət.
  Dövlət başçısının imzaladığı yeni Fərman və Sərəncamları ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.  
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən,Doktorantura pilləsi üzrə: elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 300 manatdan 360 manatadək, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 180 manatdan 216 manata qədər artırılıb. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında: adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manatadək artırılıb. magistratura səviyyəsi üzrə: akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manatadək, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 120 manatdan 144 manatadək, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 80 manatdan 96 manatdək artırılıb. bakalavriat səviyyəsi üzrə: akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manatdək, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 110 manatdan 132 manatadək, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək artırılıb. orta ixtisas təhsili müəssisələrində: akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatadək, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatadək artırılıb. Peşə təhsili müəssisələrində: akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatdək, akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatdək artırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az