Çərşənbə, 14 May, 2025

Dövlət Məşğulluq Agentliyi “FotoMən III” layihəsi çərçivəsində 15 gənci avadanlıqlarla təmin edəcək


  • Dərc edildi: 2 Sentyabr, 2021 - 07:47
Dövlət Məşğulluq Agentliyi “FotoMən III” layihəsi çərçivəsində 15 gənci avadanlıqlarla təmin edəcək

Dövlət Məşğulluq Agentliyi “FotoMən III” layihəsi çərçivəsində 15 gənci avadanlıqlarla təmin edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “ASAN Könüllüləri” Təşkilatı “FotoMən III” layihəsi çərçivəsində əməkdaşlığa başlayıb. Belə ki, layihə çərçivəsində 15 işsiz gəncə özünüməşğulluq proqramı çərçivəsində “Kiçik fotoatelye” zərfi üzrə avadanlıqlar təqdim ediləcək.   İlkin mərhələdə qeydiyyatdan uğurla keçmiş gənclər müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə mərhələsini də uğurla keçən gənclər təlimlərə cəlb olunacaqlar.
Layihə iştirakçılarına müasir fotoqrafiyanın əsasları, müasir fotoqrafiyanın növləri kimi mövzular tədris olunacaq.   “FotoMən III” layihəsinin əsas məqsədi fotoqrafiya sənətinin incəliklərinin gənclərə öyrədilməsi, şəxsi biznesin təşkili, karyera mühitinə psixoloji hazırlıq, gənclərin karyeralarına ilk addım atması üçün praktiki bacarıqlara yiyələnmələrinə dəstək olmaqdır.   Qeyd edək ki, “FotoMən” layihəsi “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşəbbüsü ilə həyata keçirilir. Layihə bu il üçüncü dəfə təşkil olunacaq.   Layihənin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət foto sərgi təşkil ediləcək.   Qeydiyyat linki:https://forms.gle/DeCWiAW6xMz3LMMf7

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 192
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 139
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 129
Doktorantura səviyyə...