Cümə, 22 Avqust, 2025

Dövlət Məşğulluq Agentliyi yeni peşə kurslarına qəbul elan edir


  • Dərc edildi: 2 Sentyabr, 2021 - 06:11
Dövlət Məşğulluq Agentliyi yeni peşə kurslarına qəbul elan edir

Dövlət Məşğulluq Agentliyi yeni peşə kurslarına qəbul elan edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “ÇakÇuk” startap layihəsi arasında əməkdaşlıq çərçivəsində təşkil olunacaq elektrik montyoru, xadimə, dayə, kombi ustası, məişət texnikası ustası, santexnika ustası peşələri üzrə hazırlıq kurslarına qəbul üçün Bakı Peşə Hazırlıq Mərkəzində ilkin müsahibələrə başlanıb.   İlkin mərhələdə Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar Bakı Peşə Hazırlıq Mərkəzi və "ÇakÇuk"" startap layihəsinin birgə təşkil etdiyi kurslardaiştirak etmək üçün seçimlərdən keçib.   Qeyd edək ki, bir aylıq tədris müddətində müdavimlər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə başa vuran məzunlara rəsmi dövlət sertifikatı veriləcək.   Hazırda kursa qeydiyyat və müsahibələr davam edir.   Qeyd edilən peşə kurslarına qatılmaq istəyən Bakı, Sumqayıt şəhəri, eləcə də Abşeron rayon sakinləri qeydiyyata alınmaq üçün müvafiq ərazi məşğulluq filiallarına və ya DOSTMərkəzlərinəmüraciət edə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 265
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 60
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...