Şənbə, 23 Avqust, 2025

"Düzgün bazar seqmentasiyası və ideyadan biznesə” mövzusunda onlayn təlim keçiriləcək


  • Dərc edildi: 8 Oktyabr, 2021 - 11:46
"Düzgün bazar seqmentasiyası və ideyadan biznesə” mövzusunda onlayn təlim keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün oktyabrın 9-da, saat 19:00-da "Düzgün bazar seqmentasiyası və ideyadan biznesə” mövzusunda növbəti onlayn təlim keçiriləcək. Təlimdə Gəncə KOBİM-in təlimçi-eksperti Elvin Hüseynov tərəfindən aşağıdakı mövzulardan danışılacaq: • Bazar araşdırılmasını ilkin mexanizmləri • Bazar seqmentasiyasının tətbiqi • Müştəri bazasının müəyyən edilməsi • Biznes planların hazır edilməsi • Rəqabətli bazar davranışı üçün strategiya və taktikalar hazırlanması • Marketinq və satış siyasətinin hazırlanması • Biznes mühitlərinin təhlili • Maliyyə hesabatlarının hazırlanması • Risklər və təhlükələrin müəyyən edilməsi haqqında məlumat veriləcək, eləcə də sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Onlayn təlimdə iştirak etmək üçün (+99477) 255 69 00 nömrəsi ilə əlaqə saxlaya və ya[email protected]elektron poçt ünvanına müraciət edə bilərsiniz. Aşağıdakı linkə daxil olmaqla onlayn təlimdə iştirak etmək mümkündür: https://lnkd.in/dzCBXtzH İdentifikasiya kodu: 829 1720 7378 Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 378
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 78
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7254
Sumqayıt Dövlət Univ...