Şənbə, 23 Avqust, 2025

E-commerce departamentində Əməliyyatlar üzrə mütəxəssis vəzifəsi üzrəvakansiya


  • Dərc edildi: 4 İyun, 2022 - 04:40
E-commerce departamentində Əməliyyatlar üzrə mütəxəssis vəzifəsi üzrəvakansiya

Baku Electronics Şirkəti E-commerce departamentinə Əməliyyatlar üzrə mütəxəssis vəzifəsi üzrəvakansiyaelan edir! Vəzifə öhdəlikləri: ·Təhvil nöqtələrindən son istehlakçıya qədər bütün əməliyyat zəncirində mükəmməlliyin təmin edilməsi üçün müvafiq işlərin görülməsində iştirak etmək; ·Ölkə daxilində səmərəli çatdırılma əməliyyatlarının qurulmasında və saxlanması ilə bağlı tapşırıqları icra etmək; ·Biznesin genişlənməsinə imkan verən, əməliyyatı səmərəlilik və gəlirliliyə yönəldən biznes proseslərin yaradılması və təkmilləşdirməsi ilə bağlı tapşırıqları icra etmək; ·Çatdırılma prosesi ilə bağlı aidiyyatı digər struktur bölmələr ilə lazım gəldikdə danışıqlar aparmaq və ortaya çıxmış blok nöqtələrinin aradan qaldırılması üçün müvafiq işlər görmək; ·Cədvəllərə və marşrut planlarına uyğun olaraq kuryerlərə iş bölgüsünün həyata keçirilməsində çatdırılma üzrə koordinatoru əvəz etmək; ·Anbar əməliyyatlarına dair bütün işlərin sistemə işlənməsində, mal qalıqlarını dövri olaraq yoxlanmasında anbardarı əvəz etmək; ·Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsində anbardarı əvəz etmək; ·Yüklərin qabaqcadan sifarişlər və istiqamətlər üzrə komplektləşdirilməsini təşkil edilməsində anbardarı əvəz etmək. Tələblər: ·Ali təhsil; ·Əməliyyatların idarə edilməsi sahəsindəminimum 1 illik iş təcrübəsi (təcrübənin qlobal çatdırılma şirkətlərinin yerli nümayəndəliklərində olması əlavə üstünlükdür); ·Azərbaycan dilini səlis bilmək vacib, Rus və ya İngilis dillərindən birini bilmək üstünlükdür; ·MS Office proqramlarından sərbəst istifadə (Excel biliklərinin yaxşı olması üstünlükdür); ·Data analitika və data vizualizasiya bacarıqlarının olması üstünlükdür; ·Şifahi və yazılı ünsiyyətqurma bacarığı; ·Məsuliyyətlilik, işdə dəqiqlik, detallara fikir vermək bacarığı; ·Hesabatlarla işləmək bacarığı; ·İş qrafiki: 09:00- 18:00 ·İş yeri: BE Baş ofis Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əməliyyatlar üzrə mütəxəssis” qeyd etməklə[email protected]e-mail ünvanına göndərmələri xahiş olunur.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 405
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 82
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7285
Sumqayıt Dövlət Univ...