Elektrik vəzifəsi üzrə vakansiya

Bank Respublika ASC Təsərrüfat departamentinə Elektrik vəzifəsi üzrə vakansiya elan edir. Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri:
  • İşıqlandırıcı armaturların cərəyan açarları, ştepsel rozetkaları və patronlarının şəbəkəyə qoşulmaqla qurulması;
  • Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi;
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlar və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
  • Kontaktorların, rele nəzarətçi, komanda-aparatların yoxlanılması, təmizlənməsi;
  • Elektrik mühərrikləri və generatorların hissələrinin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi.
Namizədə qarşı tələblər:
  • Ali təhsil (elektrik və ya avtomatlaşdırma üzrə)
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır;
  • İntizamlılıq və məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı.
Sizə nə təklif edirik?
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Elektrik qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az