reklam

Könüllü təcrübə proqramı

KÖNÜLLÜ TƏCRÜBƏ PROQRAMI “Abşeron Logistika” MMC-nin Elmi Araşdırma Mərkəzinə özünəgüvənən, araşdrma aparmağı sevən, analitik təhlil qabiliyyətli, yüksək təqdimat və inandırma bacarığı olan, karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik gənclər üçün təhlil, araşdırma və tədqiqat sahələrində KÖNÜLLÜ TƏCRÜBƏ PROQRAMI elan edir. Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz. Sizə nə təklif edirik? • Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı; • Yüksək komanda ruhunda əməkdaşlıq; • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları; • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit; • Təhlil, araşdırma sahələrində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı; • Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı. Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır? • Ali təhsil; • Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır; • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları; • Gülərüzlülük, səliqəlilik və xoş görkəm; • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı; • Yüksək araşdırma və tədqiqat bacarığı; • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu; • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq; • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı. • MS Offise proqramlarında, xüsusilə Excel-də (pivot table) iş bacarığı. Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək? • Məlumat bazası ilə işləmək; • Ölkədə və xaricdə gömrük, logistika sahəsində yenilikləri araşdırmaq, • Gömrük, logistika sahəsində tədqiqat aparmaq, • Məlumatların təhlili və hesabatların hazırlanması; • PR və promo aksiyalarda iştirak; • Görüş və təqdimatların təşkili, iştirak; • Mövcud və yeni araşdırılmış məlumatlar üzrə analitik təhlilin təmini; • Logistika sahəsində yeniliklərin izlənməsi və təhlili. Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi15 oktyabr 2021-ci il tarixinədək[email protected]ünvanına, mövzu hissəsində “Könüllü proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az