Cümə axşamı, 21 Avqust, 2025

Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır


  • Dərc edildi: 18 İyun, 2021 - 13:03
Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır

Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır Əlilliyi olan şəxslərin əmək bazarına və biznes mühitinə çıxış, məşğulluq və cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün Virtual İnnovasiyalar Parkının yaradılması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Virtual İnnovasiyalar Parkı layihəsinin konsepsiyası hazırlanıb. Bu virtual platforma əlilliyi olan şəxslərin inklüziv əsasda məşğulluğuna, onların biznes ideyalarının, innovativ təklif və təşəbbüslərinin, startaplarının üzə çıxarılaraq reallaşdırılmasına, habelə onlayn satış imkanlarının artırılmasına dəstək verəcək. Hər bir istifadəçi üçün fərdi elektron kabinetin yaradılması nəzərdə tutulub. Bu vasitə ilə əlilliyi olan şəxslər həm də onlayn kitabxanalardan, asudə vaxtlarını səmərəli keçirmələri üçün virtual şəraitdən istifadə edə biləcəklər. Virtual İnnovasiyalar Parkında onlar üçün təlim-tədris, beynəlxalq konfranslarda iştirak, onlayn psixoterapiya və psixoloq məsləhətiimkanlarının yaradılması, əlilliyi olan şəxslərin ideya bankının formalaşdırılması və s. da nəzərdə tutulub.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 153
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7105
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1843
Azərbaycan Texnologi...