"Azərbaycan Supermarket" MMC təcrübəli peşakarları Əmək münasibətləri üzrə Mütəxəssis vəzifəsi üzrə müraciətlərini yönləndirməyə dəvət edir. Aşağıda pozisiya üzrə daha ətraflı məlumatla tanış ola bilərsiniz: Vəzifə öhdəlikləri: •İşçilərlə görüşləri planlaşdırmaq, uyğunlaşdırmaq və keçirmək, intizam tənbehi üçün şikayət, sübut və izahat məktublarını yığmaq/yoxlamaq; •İşə cəlb olunmuş işçilərlə bağlı bütün intizam işi məlumatlarını toplamaq, qoruyub saxlamaq və ehtiyat nüsxəsini hazırlamaq; •İşçi münasibətləri ilə bağlı məsələləri işçilərlə məsləhətləşərək həll etmək; •İşçilər arasındakı problemlərin səbəblərini araşdırmaq; •Şirkətin davranış və fəaliyyətlə bağlı gözləntilərinə dair işçilərə məsləhət vermək; •İş fəaliyyətinin idarəsinə dair məlumatları gözdən keçirmək və təhlil etmək, anlayışları, fikirləri, narahatlıq və tövsiyələri vurğulamaq; •Şöbə müdirinə toplanmış məlumatlara dair xülasə hesabat təqdim etmək; •İşçilərlə Əlaqələr və Fəaliyyətin İdarə olunmasına dair gündəlik İnsan Resursları əməliyyatlarını idarə etmək; •İşçilərlə Əlaqələr (intizam məsuliyyətləri, pozulmalar və onlardan qaynaqlanan bütün digər proseslər) və Fəaliyyətin İdarə olunması (ondan qaynaqlanan bütün proseslər) ilə bağlı bütün bölmələrlə (Ofis, Əməliyyatlar, Paylama Mərkəzi) yaxından işləmək; •Ümumi Fəaliyyətin İdarəsi ilə bağlı sənədlərin işlənməsi; •Şirkətdəki mövcud Standart Əməliyyat Prosedurları (SƏP) ilə tanış olmaq və ehtiyac olduqda uyğunsuzluqlara yenidən baxılmasına dair sorğular göndərmək, uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq şöbələrlə birlikdə aradan qaldırlmasında iştirak etmək; •Tələb olunduqda məsləhət verərək və dəstək olaraq SƏP-in tam və səmərəli tətbiqini dəstəkləmək; •Siyasətin/prosedurun səmərəliliyini mütəmadi olaraq gözdən keçirmək və ona qanuni dəyişikliklərlə bərabər düzəlişlər etmək; •Müvafiq əmrlərin hazırlanmasını təmin etmək; • Araşdırma sənədlərinin, maillərin saxlanılmasını təmin etmək. Namizədə dair tələblər: •Təcrübəli İnsan Resursları Mütəxəssisi (həmçinin işçi münasibətlərini idarə edən, əsasən davranış, fəaliyyət problemləri və ya digər kobud davranış pozuntuları ilə məşğul olan); •Əmək qanunvericiliyi üzrə dərin biliklər; •Yüksək səviyyəli ünsiyyət bacarıqları; •Tələbkar; •İşinə qarşı həvəsli və bol enerjili; •Açıq fikirli; •Stressə davamlı; •Məqsədyönlü; •Hüquq sahəsi üzrə təhsil və ya iş təcrübəsi (üstünlük verilir); • Göstərilən sahə üzrə təcrübə (üstünlük verilir). Maraqlanan namizədlər[email protected]email ünvanına “Əmək münasibətləri üzrə Mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.