Cümə axşamı, 21 Avqust, 2025

“TİPx: Yay tətilinə dəyər qat” konfransıkeçiriləcək


  • Dərc edildi: 12 May, 2022 - 08:13
“TİPx: Yay tətilinə dəyər qat” konfransıkeçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən 24 may tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində növbəti “TİPx: Yay tətilinə dəyər qat” konfransıkeçiriləcək. ▶️ Konfransın gündəliyinə daxil olan məsələlər bunlardır: ➡️ Yay tətilini balanslı keçirməyin yolları ➡️ Ünsiyyətin, sosiallaşmanın karyera planlamasına rolu ➡️ Dil bacarıqlarını inkişaf etdirməyin üstünlükləri ➡️ Potensial kadr bacarıqlarının inkişaf etdirilməsi ➡️ Gənclər üçün yaradılan imkanlar ➡️ Düzgün qidalanma, idmanın faydaları haqqında tövsiyələrin verilməsi “Yay tətilinə dəyər qat” konfransının keçirilməsində məqsəd tələbələrin yay tətilini səmərəli keçirməsi, özünü inkişaf etdirməsi və karyera planlaması istiqamətində dəstək olmaqdan ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində ADNSU-da keçirilən ilk “Gələcək sən” konfransı tələbələrin geniş marağına səbəb olub. 150-dən çox tələbənin toplandığı konfransda əmək bazarında tələbatlı peşələr, bu günün universitet təhsili, beynəlxalq layihələrdə iştirakın gənclərə faydası kimi mövzulara toxunulub. 📧 Konfransa müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr qatıla bilər. İştirak üçün onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək. Qeydiyyat linki:shorturl.at/gyRW9

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 115
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7089
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1834
Azərbaycan Texnologi...