“Kapital Bank” ASC namizədləri İnsan Resurslarının idarə edilməsi departamentinin Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər • Əmrlərin hazırlanması və aidiyyəti üzrə icrasının təmin edilməsi; • Əmək müqaviləsi, TMM və vəziflə təlimatlarının hazırlanması və aidiyyəti üzrə icrasının təmin edilməsi; • Məktubların və sorğuların cavablandırıması; • Şəxsi işlərin formalaşdırılması və əmək kitabçalarının doldurulması; • Aidiyyəti üzrə hesabatların hazırlanması; • Məzuniyyət planlamasının hazırlanması və icrasına nəzarət edilməsi; • Proseslərin optimallaşdırılmasında iştirak etmək və təkliflər vermək; • Şöbənin funksiyalarının avtomatlaşdırılmasında iştirak etmək və təkliflər vermək. Tələblər • Dəqiqlik; • Çeviklik; • Diqqətcil; • İş yükü çəkən; • Stressə davamlı; • Yazılı və şifahi ünsiyyət qurma bacarığı; • Excel və texniki bilikləri (yaxşı səviyyədə); • Riyazi və texniki yönümlü. Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa,hr.kapitalbank.azportalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.