Bazar ertəsi, 2 İyun, 2025

Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vakansiyası


  • Dərc edildi: 14 Yanvar, 2022 - 12:40
Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vakansiyası

Bank Respublika ASC Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:

  • Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
  • Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
  • Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
  • Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
  • Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində risk və insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
  • Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
  • Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
  • Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
  • Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.
Namizədə qarşı tələblər:
  • Ali iqtisadi təhsil;
  • Əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır. Həmçinin bankdaxili digər sahələr üzrə çalışan şəxslərin namizədliyi də dəyərləndirilə bilər;
  • Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
  • MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır.
  • Təşəbbüskarlıq və novatorluq;
  • Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 yanvar 2022-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
____________________________________________________________________________________________________________________

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 135
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 186
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 100
XVIII Beynəlxalq Ast...