“Gözəl Ofis” Filialı / Əməliyyatçı - xəzinədar
Əsas tələblər:
• Ali iqtisadi və ya biznes təhsili;
• Azərbaycan, İngilis və Rus dili bilikləri;
• Bank işi üzrə 1 illik iş təcrübəsi;
• MS Office və Internet Explorer proqram bilikləri;
• Ünsiyyət qurmaq və müştərini tanımaq, işgüzar danışıqlar aparmaq, analitik düşünmək
bacarıqları, yerli iqtisadi şəraiti və bazarı bilmək, yerli və xarici valyutanın saxtalıgını müəyyən
etmək bacarığı, habelə bank qanunvericiliyini bilmək;
İş haqqında məlumat:
ATM(Exchange və sairə) terminalların inkassasiyasında nəzarətçi (iştirakçı) kimi iştirak etmək;
ATM(Exchange və sairə) terminalların inkassasiyasını həyata keçirmək, aktlaşdırmaq, terminal
yerləşdirilmiş və çıxarılmış nağd pul vəsaitlərini müvafiq balans hesabları ilə müqaisə etmək,
doğru və düzgün müxabirləşmələri sistemə daxil etmək;
Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
Bütün əməliyyatları bank proqramı vasitəsi ilə icra etmək;
Çek kitabçası üzrə əməliyyatları qanunvericiliyə uyğun icra etmək, təhvil almaq, təhvil vermək,
müştəriyə verilən çek kitabçasının qeydiyyatını aparmaq, komissiyanı müştərinin hesabından
bankın müvafiq gəlir hesabına silmək;
Cəlb edilmiş hüquqi, fərdi sahibkar, fiziki şəxs hesablarını(müştəri(kontakt) nömrəsini),
müvəqqəti və sairə hesabları bank sistemində açmaq və qanunvericilikdə göstərilən sənədləri
almaq və sistemə əksiksiz yükləmək
Depozit (əmanət) müqavilələrini tərtib etmək, imzalamaq və həmin müqavilələr üzrə
əməliyyatları (mədaxil, məxaric, faiz hesablanması, vergi tutulması və s.) izləmək, yoxlamaq,
sistemdə müvafiq girişləri edərək açılışını doğru etmək(depozitlərin növü, şərtləri və tətbiq
olunan faiz dərəcələrinin tariflərə uyğunluğunu yoxlamaq şərti ilə);
Əməliyyat gününün sonunda özü və tabeçiliyində olanlar tərəfindən icra edilmiş bütün
əməliyyatları yoxlamaq;
Filialda "ana kassa" funksiyası özünə havalə edildiyi müddətlərdə əməliyyat gününün əvvəlində
və sonunda elektron siqnalizasiya sistemini açmaq və bağlamaq, şifrənin gizliliyinini təmin
etmək, nağd pul və qiymətlilər qəbul etmək, saxlamaq, pul çekləri və digər məxaric sənədləri
əsasında məxaric əməliyyatları aparmaq, iş gününün sonunda dövriyyə, kassanın qalığını
bankdaxili qaydalara uyğun olaraq bunkerə təhvil vermək, müvafiq qeydiyyat kitablarını
aparmaq;
Filialın kassasına daxil olan (inkassasiya və sairə) və göndərilən iri məbləğli nağd pulların
sayılması, çeşidlənməsi və sairə işlərdə digər əmədaşlara dəstək vermək;
Filialın kassasına daxil olan (inkassasiya və sairə) və göndərilən iri məbləğli nağd pulların
təlimatlara uyğun şəkildə sayılması, çeşidlənməsi, formalaşdırılması və bağlanmasını həyata
keçimək;
Filialın və kassanın(bunkerin) daxili qaydalara uyğun olaraq açılıb-bağlanmasında məsul şəxs
olaraq iştirak etmək
Göstərilmiş xidmətlərə görə faizləri və komisiyaları təyinatı üzrə tutmaq(sistemdə onaylamaq və
ya giriş etmək);
Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz
qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
Müştərilərin bank hesabları üzrə(hesab olmadan aparılan əməliyyatlar daxil) nağd və qeyri-nağd
mədaxil və məxaric əməliyyatlarını aparmaq;
Kommunal ödəniş sistemləri vasitəsi ilə müştərilərin su, qaz, işıq, telefon, cərimə, rüsum və s.
ödənişlərini qəbul etmək və ya müştəri hesabından ödəmək;
Müştəri və onların hesabları ilə əlaqədar rəsmi dövlət orqanlarından, hesab sahiblərindən və
üçüncü şəxslərdən gələn sorğu/məktub/sərəncam/qərar və digər sənədləri qəbul etmək,
araşdırmaq, aidiyyatı üzrə yönləndirmək, cavablandırmaq, tələb olunduğu halda müştərilərin
hesablarına blok qoymaq və götürmək;
Müştərilərin müraciəti əsasında Miqrasiya və səfirliklərə(diplomatik nümayəndəlik və
konsulluqlara) təqdim edilmək üçün məktubları hazırlamaq, komissiyaları almaq və bank daxili
qaydalara əsasən məktubda qeyd edilən hesaba blokun qoyulmasını təmin etmək;
Müştərilərin plastik kart sifarişlərini qəbul etmək, kredit kartları üzrə kredit xəttinin açılması
üçün həmin sifarişləri müvafiq struktur bölmələrə təqdim etmək, sifarişi sistemə daxil etmək,
plastik kartların pin zərflərin bağlı formada aktlar əsasında müvafiq strukturdan təhvil almaq və
müştərilərə təhvil vermək;
Qeyri-nağd konvertasiya əməliyyatlarını icra etmək(bu əməliyyatlar üzrə müştərilər tərəfindən
təqdim edilərn sənədləri yoxlamaq, bank proqramına daxil etmək, əməliyyatlar üzrə bütün növ
komissiyaları almaq, məzənnə və limitlərin doğru olmasına diqqət yetirmək, sənədlərdə icra
haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
Ticarətin maliyyələşdirilməsi (idxal, ixrac, zəmanətlər və s.) üzrə əməliyyatlara dair sənədləri
hazırlamaq, yoxlamaq və bank proqramına daxil etmək.
Əlavə məlumat:
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə
bilərlər;
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Gözəl Ofis” Filialı/Əməliyyatçı xəzinədar” göstərməyiniz xahiş olunur;
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur