Cümə axşamı, 22 May, 2025

Filialın uçot işi üzrə məsul şəxs (aparıcı/baş mütəxəssis) vakansiyası


  • Dərc edildi: 22 May, 2025 - 00:51
Filialın uçot işi üzrə məsul şəxs (aparıcı/baş mütəxəssis) vakansiyası

Ziraat Bank Azərbaycan ASC 


Filialın uçot işi üzrə məsul şəxs (aparıcı/baş mütəxəssis) vəzifəsinə işə dəvət olunur


Vəzifəyə olan tələblər:
·   Ali iqtisadi təhsil; 
·   Bank filialında müştərilərin nağdsız ödənişləri, depozit, hesablaşma kassa əməliyyatları, əmək layihələrin və fərdi plastik kartların rəsmləşməsi, kredit sənədlərinin arxivləşməsi və büdcə ödənişləri fəaliyyəti sahəsində 3 illik iş təcrübəsi.

Əsas vəzifələr: 
·  Filial müdürü və kassirlə birlikdə ona təhkim olunmuş açarla kassa qovşağını açılıb, bağlanması və sayılması;
·  Pul çeki və məxaric orderi ilə məxaric sənədlərinə, sənədin düzgün tərtib edilməsi və təqdim edilən sənədlə müştərinin identifikasıya edilməsi ilə imzalanması və Bank Proqramında əməliyyatın təsdiqi;
·  Müştəri təmsilçilərindən ödəniş tapşırıqlarını qəbul edərək qüsürsuzluğu, imza nümunəsi ilə imzaların uyğunluğu yoxlanması; 
·Ödənişin təyinatından asılı olaraq qanunvericiliyə əsasən təqdim olunan sənədlərin tamlığının yoxlanılması; 
·  Plastik kart sifarişi üzrə təqdim edilmiş sənədləri, tələb olunan komissiya məbləğini yoxlayaraq gəlirə aid edilməsi; 
·  Verilmiş etibarnamələrə uyğun olaraq müvafiq müqavilə və sənədlərin imzalanmasını, imza nümunəsinin təsdiq edilməsi;
·  Bütün növ təşkilati formaya sahib şəxslərin hesablarının açılması ilə əlaqədar sənədləri müştəri təmsilçilərindən qəbul edərək tamlığı və qanunvericiliyə uyğun olaraq təqdim edildiyini yoxlayaraq, proqramda müştəri haqqında məlumatları daxil edilməsi, bildiriş dublikat təqdim edilməsi zəruri olduğu halda, təqdim edilmiş bildiriş dublikatla hesabın açılışının proqramda icra edilməsi;
·  Hesab açaraq, hesab açmadan fiziki şəxs valyuta köçürmələri zamanı köçürməyə əsas olan sənədlər yoxlanılması və proqramda əməliyyatın icrası;
·  Vergilər Nazirliyindən, DSMF və digər daxil olunan sərəncamların yoxlanılması, mövcud qalıqları müştərilərin hesablarından (mülkü məcəllədə nəzərdə tutlan növbəliyi qorumaqla) silinməsi;
·  Verilən Kredit, Akkreditiv, Qarantiyaların sənədlərin düzgün növbəlikdə yığılması və arxivləşdirilməsi. Kredit dosyesinə, kredit tranşına, açılmış akkreditiv və qarantiyalara aid rəsmiləşdirilmiş sənədlərin tamlığı təsbit edildikdən sonra bankın proqramına yüklənməsi;
·  Əmanətlərin qəbulu və qaytarılması, faizlərin ödənilməsi üzrə sənədləşmələrin və uçot işinin düzgün aparılmasına nəzarət;
·  Müştərilərə verilən məktubların yazılması, yoxlanılması ve qeydiyyatın aparılması;
·  Filalın Balansdankənar və aralıq hesablarında olan qalıqlara və əməliyyatlara gündəlik nəzarət.

Müsahibədə iştirak etmək istəyən namizədlərdən [email protected] adresinə müraciət etmələri xahiş olunur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universitetinin Klinikası İnformasiya Texnologiyaları (İT) üzrə direktor vakansiyası elan edir
22 May, 2025 - 01:24 92
Qarabağ Universiteti...
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
22 May, 2025 - 01:13 64
Bakıda “THE Avrasiya...
Şirvan STEAM Mərkəzinə vakansiya elan olunur
20 May, 2025 - 23:00 337
Şirvan STEAM Mərkəzi...