Cümə axşamı, 22 May, 2025

Komplayens üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 22 May, 2025 - 00:55
Komplayens üzrə təcrübəçi vakansiyası

“PAŞA Sığorta” ASC namizədləri Komplayens üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

· Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirməsində iştirak etmək

· Hədəfli maliyyə sanksiyaları haqqında qanunun tələblərinə uyğun fəaliyyətin Şirkət daxilində tənzimlənməsi prosesinə dəstək olmaq

· Yeni qanunvericilik aktları, qanunvericiliyə əlavə və dəyişikliklərin komplayens risklərlə bağlı matrisə daxil edilməsi yolu ilə matrisin yenilənməsi prosesində iştirak

· Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasının təmin edilməsində iştirak etmək

· İdarə Heyəti və struktur bölmə rəhbərlərini qanunvericilikdə baş vermiş zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı məlumatlandırmaq;

· Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və Şirkət üzrə tətbiqi ilə bağlı təkliflər vermək.

· Şirkətə aidiyyəti olan şəxslərlə əqdlərin qanunvericiliyə uyğun formada təsdiqi prosesində iştirak etmək

· Şirkətlə əməliyyat aparan digər əməkdaşlarla münasibətlər zəminində müvafiq struktur bölmələr tərəfindən təqdim edilən KYC formaların doldurulması.

· Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

 

BİLİKLƏR:

· Ali təhsil- Hüquqşünaslıq ixtisası , İqtisadiyyat, Riyaziyyat , Maliyyə , Data Analitika

· Dil bilikləri: Azərbaycan dilində səlis danışıq , Rus və İngilis dili biliyi arzuolunandır

· MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı

· Sığorta qanunvericiliyi, Mülki qanunvericilik, Əmək qanunvericiliyi, Vergi qanunvericiliyi, Digər qanunvericilik aktları üzrə biliklər arzuolunandır

 

BACARIQLAR:

· Səlis nitq, fikri aydın izah etmə bacarığı

· Analitik düşüncə qabiliyyəti

· Komandada işləmək bacarığı

· Problem həll etmək bacarığı

 

Son müraciət tarixi: 19 iyun 2025

 

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universitetinin Klinikası İnformasiya Texnologiyaları (İT) üzrə direktor vakansiyası elan edir
22 May, 2025 - 01:24 155
Qarabağ Universiteti...
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
22 May, 2025 - 01:13 102
Bakıda “THE Avrasiya...
Şirvan STEAM Mərkəzinə vakansiya elan olunur
20 May, 2025 - 23:00 354
Şirvan STEAM Mərkəzi...