Çərşənbə axşamı, 1 İyul, 2025

"Gələcək üçün Bacarıqlar" layihəsi çərçivəsində yeni "Mentorluq" proqramına start verildi


  • Dərc edildi: 23 Dekabr, 2021 - 16:56
"Gələcək üçün Bacarıqlar" layihəsi çərçivəsində yeni "Mentorluq" proqramına start verildi

"İnnovasiyalar Mərkəzi"nin həyata keçirdiyi "Gələcək üçün Bacarıqlar" layihəsi çərçivəsində yeni "Mentorluq" proqramına start verildi
İnnovativ düşüncə tərzinə sahib, yeniliklərə açıq, startap sahəsində məlumatlı, layihə idarəetməsi və mentor-təlimçilik sahəsində təcrübəsi və ya marağı olan şəxsləri qeydiyyatdan keçməyə dəvət edirik.
3 ay davam edəcək proqram çərçivəsində Baza bilikləri və İxtisaslaşma proqramı üzrə müxtəlif təlim, vörkşoplar, ekspert görüşlər və 3 günlük bootcamp tədbiri təşkil ediləcəkdir.
Seçilmiş iştirakçılar üçün “Biznes və sahibkarlıq”, “İnnovasiya menecmenti”, “Layihələr və idarəetmə prinsipləri”, “Product development”, “Startup nədir, necə yaranır?”, “İT arxitektura və Mühəndislik”, “Komandanın idarəolunması”, “Startapın maliyyələşdirilməsi və biznesə start”, “Effektiv ünsiyyət bacarıqları və kommunikasiya” və s. mövzularında təlimlər həyata keçiriləcəkdir.
Müraciət üçün son tarix: 15 yanvar 2022-ci il
Qeydiyyat linki: shorturl.at/biAB6

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 76
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 41
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...